KİVDF ötən il gördüyü işlər barədə hesabat verib
25.01.2019 [09:55]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə AZƏRTAC-a KİVDF-nin mətbuat xidmətindən məlumat verilib.
Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov bildirib ki, iclasın gündəliyinə KİVDF-nin 2018-ci ilin yekunlarına həsr olunmuş hesabatının, 2019-cu il üçün Tədbirlər Planının, ekspertlərinin tərkibinin müzakirəsi və təsdiqi, eyni zamanda, cari məsələlər daxildir.
Fondun icraçı direktoru Vüqar Səfərli hesabat məruzəsi ilə çıxış edərək deyib ki, 2018-ci ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələr diqqət mərkəzində saxlanılıb. O, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib. İcraçı direktor Fondun 2018-ci ildə gündəlik, günaşırı və həftəlik nəşr olunan 33 qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 6000 səhifədən çox yazının dərc edildiyini bildirib.
Dövlət və cəmiyyət üçün həlli vacib məsələlərdə medianın potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən V.Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının 143-cü ildönümü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Fond 2018-ci ildə, həmçinin Müəllif Hüquqları Agentliyi, Suraxanı və Qaradağ rayon icra hakimiyyətləri, “Azərişıq”, “Azərenerji” Açıq Səhmdar cəmiyyətləri, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (2 müsabiqə) ilə birgə 8 əlavə müsabiqə keçirib. Ümumilikdə, 2018-ci ildə keçirilmiş 11 müsabiqədə 817 nəfər iştirak edib, onlardan 443 nəfəri qalib olaraq mükafatlandırılıb.
İcraçı direktor Fondun Müşahidə Şurasının qərarı ilə ötən il fərdi jurnalist yazıları müsabiqələrində I yerə layiq görülmüş jurnalistlərin yazılarının toplanaraq “Sözün zirvəsində” adlı kitabın IV cildinin nəşr edildiyini bildirib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən, Fond 2018-ci ildə “Dağlıq Qarabağda erməni separatizminin 30 ili: qlobal təhlükə” adlı kitab nəşr etdirib. Kitabda Fondun maliyyə yardımı ilə 2017-2018-ci illərdə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti üzrə layihə icra etmiş qəzetlərdə dərc olunmuş yazılar toplanıb.
Bildirilib ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Fond müsəlman Şərqində ilk demokratik və hüquqi dövlətin İstiqlal Bəyannaməsinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində elan edildiyini, Cümhuriyyətin ilk hökumətinin və onun banilərinin dövlətçilik fəaliyyətinin bu şəhərlə sıx bağlılığını nəzərə alaraq 2018-ci ilin oktyabr ayında aparıcı media rəhbərlərinin Tbilisiyə səfərini təşkil edib. Bundan əlavə, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2018-ci ilin noyabr ayında aparıcı media qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankaraya işgüzar səfəri təşkil edilib.
V.Səfərli Fondun 2018-ci ildə “Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması”, “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularında layihələri maliyyələşdirdiyini, hər üç layihə üzrə aparılmış monitorinqlər zamanı media və teleradio məkanının dil problemlərinin araşdırıldığını və müvafiq təkliflərin irəli sürüldüyünü vurğulayıb.
Fondun redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyini davam etdirdiyini deyən V.Səfərli ötən il keçirilmiş digər layihə və tədbirlər barədə də ətraflı məlumat verib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov, üzvlərdən Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev çıxış edərək Fondun 2018-ci ildəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.
İclasda ikinci məsələ kimi Fondun 2019-cu il üçün Tədbirlər Planı müzakirə olunub. 2019-cu ilin respublikamızda “Nəsimi ili” elan olunduğunu deyən V.Səfərli hazırlanmış Tədbirlər Planında bunun nəzərə alındığını vurğulayıb. Tədbirlər Planı Müşahidə Şurasının üzvləri tərəfindən irəli sürülmüş bir sıra təkliflər nəzərə alınmaqla təsdiq edilib.
İclasda, həmçinin Fondun 2019-cu il üçün ekspertlərinin siyahısı müzakirə olunaraq təsdiq edilib.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

