Yüksəkkeyfiyyətli ali təhsil ocağı - “UNEC-100”
25.01.2019 [09:49]
2030-cu ilədək dövrü əhatə edən “UNEC-100” İnkişaf Strategiyasının məqsədlərindən biri yüksəkkeyfiyyətli ali təhsil ocağına çevrilməkdir.
Strategiyaya əsasən, UNEC bu məqsədə nail olmaq üçün yüksək bal toplayaraq universiteti seçən abituriyentlərin sayını artırmağı, orta keçid balını 500-ə yüksəltməyi, tədris prosesini daim təkmilləşdirməyi, akademik heyətinin peşəkarlıq səviyyəsini və 40 yaşadək professor-müəllim heyətinin sayını davamlı yüksəltməyi, təhsil proqramlarının beynəlxalq akkreditasiya olunmasını, tələbələrin təqaüd və yataqxana ilə təminolunma imkanlarını artırmağı, ölkədə və regionda ən geniş distant təhsil xidmətləri göstərməyi hədəfləyib.
Sənəddə hər bir hədəfə nail olmaq üçün strateji fəaliyyətlər əks olunub. Ölkədə orta təhsilin keyfiyyətinin yüksəldilməsinə və şagirdlərin ilkin iqtisadi biliklərinin formalaşdırılmasına dəstək verilməsi, təhsil proqramları ilə bağlı tanıtım tədbirlərinin genişləndirilməsi, baza məktəblərinin sayının artırılması UNEC-in strateji fəaliyyətləri kimi göstərilib.
2030-cu ilə qədər tədris prosesini təhsilalanlarda zəruri bilik və bacarıqları formalaşdırmağa imkan verəcək səviyyədə daim təkmilləşdirməyi hədəfləyən UNEC bu istiqamətdə də əsas fəaliyyətlərini müəyyən edib. Belə ki, həmin dövrədək ixtisaslar, tədris standartları və planlarının dünya təcrübəsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması, müəllimin tələbə tərəfindən seçiminin təmin edilməsi, aktiv dərs yükünün və hər müəllimə düşən tələbə sayınının 1/16 nisbətinə qədər azaldılması nəzərdə tutulub.
Strategiyaya görə, ixtisas fənlərinin tədrisində effektivliyi təmin etmək, tədrisin informasiya təminatını yaxşılaşdırmaq, Azərbaycan dilində tədris resurslarını inkişaf etdirmək, 24/7 kitabxana şəbəkəsi qurmaq, mentorluq institutu formalaşdırmaq, tələbələrin İKT, akademik yazı və natiqlik bacarıqlarını inkişaf etdirmək, mübadilə proqramlarına daha çox müəllim və tələbə cəlb etmək, innovativ təlim metodlarından istifadəni genişləndirmək, tələbələrin təcrübəsinin təşkilini təkmilləşdirmək, “oriyentasiya günləri”nin səmərəliliyini artırmaq əsas fəaliyyət istiqamətləri kimi təsbit olunub.
UNEC 100 illik yubileyinədək ölkədə və regionda ən geniş distant təhsil xidmətləri göstərən Distant Təhsil Mərkəzi formalaşdıraraq, ümumi fənlərin distant tədrisini, eləcə də distant təhsil proqramlarını təklif etməyi də hədəf seçib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

