Azərbaycanda insan kapitalı üzrə yüksək səviyyəli forum işə başlayıb
20.12.2018 [10:02]
Dekabrın 19-da Bakıda Azərbaycanda insan kapitalı üzrə yüksəksəviyyəli forum işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumun məqsədi Azərbaycan Hökumətini insan kapitalına investisiya yatırılmasının sürətləndirilməsi işində dəstəkləməkdir.
Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən təşkil edilən üçgünlük forumda ölkəmizdə iqtisadi artım və rəqabət qabiliyyətinin gücləndirilməsində insan kapitalının rolu ilə bağlı silsilə təqdimatlar ediləcək, müzakirələr aparılacaq.
Forumun açılışını edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən bu tədbirin təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək Azərbaycanda sosial sahədə aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat verib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın insan kapitalına xüsusi önəm verdiklərini bildirib, məşğulluğun artmasında və sosial təminatın gücləndirilməsində onların gördükləri işləri diqqətə çatdırıb. O bildirib ki, görülən işlər həm də sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin müasir dünya təcrübəsindəki səmərəli iş üsullarının, fərdi reabilitasiya proqramlarının tətbiqi ilə yenidən qurulmasına, bu sahələrdə sosial reabilitasiya istiqamətinin gücləndirilməsinə xidmət edir.
Sahil Babayev dövlətimizin başçısının sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkədə yeni iş yerlərinin açılmasının daimi xarakter aldığını, əhalinin məşğulluq səviyyəsinin artdığını, əmək bazarında sabitlik və inkişaf tempinin mövcud olduğunu vurğulayıb.
Ölkədə əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təmin edilməsini nəzərdə tutan digər tədbirlərə gəlincə, nazir əmək bazarı üzrə Milli Observatoriyanın yaradılmasını diqqətə çatdırıb. Bildirib ki, bu qurum əmək bazarında tələb və təklifləri proqnozlaşdırmağa və mövcud əmək resurslarını təhlil etməyə imkan verəcək, yeni iş yerlərinin yaradılmasını stimullaşdıracaq. Nazir vurğulayıb ki, insan kapitalına investisiyalar yatırmaq ölkə iqtisadiyyatının davamlı inkişafı üçün əsas şərtdir.
Həyata keçirilən uğurlu layihələri sadalayan Sahil Babayev “DOST” layihəsi barədə də məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan verəcək.
Dünya Bankının sosial müdafiə və iş yerləri üzrə meneceri Cem Mete sosial sahənin inkişafı mövzusunda təqdimatla çıxış edib. Dünyada əhali artımı ilə əlaqədar iş yerlərinin azaldığını qeyd edən Cem Mete bildirib ki, hökumətlər sənaye sahələrinə daha çox diqqət yetirməli, bacarıqlı, yüksəkixtisaslı peşələrin sayını artırmalıdırlar.
İnsan kapitalına qoyulan sərmayənin gələcək üçün böyük yatırım olduğunu vurğulayan Dünya Bankının meneceri qeyd edib ki, hökumətlər sosial müdafiə, əmək sistemi və bunlarla bağlı təkmilləşdirmə mexanizmini düzgün qursalar cəmiyyətlər inkişaf edər.
“Azərbaycanın potensialını nəzərə alaraq deyə bilərəm ki, bu ölkənin göstəriciləri daha yüksək olacaq. Son 10 il ərzində Azərbaycan bir çox sahələrdə əhəmiyyətli irəliləyişlər əldə edib. Biz Azərbaycan Hökuməti ilə müntəzəm işləyirik”, - deyə o əlavə edib.
Sonra Forum işini panel iclasla davam etdirib.
Vergilər nazirinin müşaviri Xəqani Abdullayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, “BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digər çıxış edənlər gələcək planların müzakirəsi və qəbul olunacaq qərarların həyata keçirilməsi baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bu forumun insan kapitalı üzrə qlobal tədqiqatların nəticələrinin müzakirəsi üçün mühüm platforma olduğu vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

