Pakistan Dövlət Televiziyasının jurnalisti “İki sahil” qəzetinin redaksiyasında olub
19.12.2018 [09:50]
Pakistan Dövlət Televiziyasının jurnalisti, siyasi analitik, ədəbiyyat üzrə fəlsəfə doktoru, professor Əfşan Məlik “İki sahil” qəzetinin qonağı olub.
Qonağı salamlayan “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda mətbuatın inkişafı və “İki sahil” qəzetinin fəaliyyəti barədə məlumat verib. Ölkəmizdə KİV-in inkişafına qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycanda söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilib.
Vüqar Rəhimzadə, həmçinin bildirib ki, Pakistan-Azərbaycan əlaqələri bu gün sürətlə inkişaf edir.
Pakistan Dövlət Televiziyasının jurnalisti Əfşan Məlik xoş və səmimi münasibətə görə “İki sahil” qəzetinin rəhbərliyinə öz minnətdarlığını bildirib.
Ölkələrimizin bir-birinə ayrılmaz tellərlə bağlı olduğunu deyən qonaq bildirib ki, bu gün Pakistanın hər bir vətəndaşı Azərbaycanı qardaş ölkə kimi tanıyır və qəbul edir.
Ə.Məlik, həmçinin ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və s. sahələrdə sürətlə inkişafının hər iki dövlət üçün önəmindən danışıb. Bildirib ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın haqlı mövqeyini və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən birinin məhz Pakistan olduğunu diqqətə çatdıran Ə.Məlik qeyd edib ki, Azərbaycan hər zaman Pakistana qardaş, doğma ölkədir.
Qonaq Azərbaycanda mətbuatın inkişafı məsələlərinə də toxunub və bu prosesin sürətlə getdiyini bildirib. Həmçinin “İki sahil” qəzetinin fəaliyyətini yüksək qiymətləndirib və gələcək əməkdaşlıq əlaqələrindən danışıb.
Görüşdə qarşılıqlı perspektiv layihələrin həyata keçirilməsinin zəruriliyi ilə bağlı fikir mübadiləsi də aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

