/ / Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
13.11.2018 [09:30]
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə noyabrın 5-8-də Gəncə-Qazax bölgəsində tibbi müayinələr keçirilib.
Milli Onkologiya Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu müddət ərzində əhalinin müxtəlif təbəqələri üzrə 1838 nəfər üzərində kompleks müayinələr aparılıb, onların 28 nəfərində xərçəng xəstəliyinin bəzi simptomları şübhəsi aşkar olunub.
Yaranmış vəziyyətlə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Həmin xəstələr ciddi nəzarətə alınıb və daha geniş diapazonlu müayinə üçün Milli Onkologiya Mərkəzinə dəvət olunublar.
Noyabrın 9-da Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev Gəncədə üç xəstə üzərində mürəkkəb onkoloji əməliyyat keçirib. Bu lokal əməliyyat skrininq proqramı çərçivəsində aparılıb və tədbir iştirakçıları olan tibbi mütəxəssislərin treninqinin əyani şəkildə reallaşmasına əhəmiyyətli şəkildə yardım edib.
Bu tipli silsilə tədbirlərin yekunu kimi, noyabrın 10-da Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondu Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşma” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda Gəncə, Goranboy, Göygöl, Samux, Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarında çalışan 150-dən çox onkoloq, ginekoloq, endokrinoloq, uroloq və cərrah iştirak ediblər.
Tədbirdən əvvəl Milli Onkologiya Mərkəzindən olan qonaqlar Gəncədə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli açıb. O bildirib ki, son illər ərzində Azərbaycan rəhbərliyinin yüksək diqqət və qayğısı sayəsində Milli Onkologiya Mərkəzi ölkəmizdə ixtisaslaşdırılmış onkoloji yardımların göstərilməsi və elmi-metodiki, profilaktik işlərin əlaqələndirilməsi üzrə Cənubi Qafqaz bölgəsinin ən qabaqcıl və nüfuzlu aparıcı müəssisəsinə çevrilib.
Milli Onkologiya Mərkəzinin Baş direktorunun birinci müavini, baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev ölkəmizdə bu sahədə əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına müsbət təsir göstərib. Əziz Əliyev Prezident İlham Əliyevin səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O bildirib ki, Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun tikilməsi Azərbaycan Prezidentin dəstəyi ilə reallaşdırılıb. Mərkəzin Uşaq Onkoloji Klinikasının yaradılmasında isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri olub.
Baş-boyun şişlərinin müalicəsində cərrahi əməliyyatın əhəmiyyətindən danışan professor Əziz Əliyev xüsusi vurğulayıb ki, Milli Onkologiya Mərkəzində akademik Cəmil Əliyevin rəhbərliyi ilə yaradılmış müasir şərait, innovativ yeniliklər və modern avadanlıqlar bu əməliyyatların dünya standartlarına tam uyğun aparılmasına imkan yaradır. Ə.Əliyev son dövrdə dünyanın müxtəlif ölkələrindən onlarla insanın Milli Onkologiya Mərkəzinə üz tutmasının uzun illərdən bəri çəkilən gərgin zəhmətin bəhrəsi və sevindirici tendensiya kimi dəyərləndirib.
Konfransda Mərkəzin həkimlərinin “Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi”, “Süd vəzi və uşaqlıq boynu xərçənginin erkən mərhələdə aşkarlanmasının müasir metodları”, “Mədə xərçənginin cərrahi müalicəsində müasir prinsiplər”, “Uroonkoloji xəstəliklərə müasir yanaşma”, “Həzm və tənəffüs orqanlarında aparılan müasir endoskopik müayinə və müalicə metodları”, “Onkoloji diaqnostika və müalicədə yeni era: Nüvə təbabəti”, “Bədxassəli yenitörəmələrin dərman və şüa müalicəsində müasir prinsiplər” mövzularında çıxışları dinlənilib. Xərçəng xəstəliyinin müalicə və müayinəsində multidisiplinar yanaşmalarını özündə əks etdirən çıxışlar maraqla qarşılanıb.
Gəncə-Qazax bölgəsində Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondu Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə keçirilmiş kompleks tədbirlər sakinlər tərəfindən böyük mütəşəkkillik və razılıqla qarşılanıb, dövlətin bölgələrdə əhalinin sosial və tibbi müdafiəsi sahəsində reallaşdırılan strategiyasına böyük dəstəyi kimi dəyərləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09

