/ / Milli Onkologiya Mərkəzinin yeni korpusunda 2 ədəd “VitalBeam(tm)” xətti sürətləndirici sistemi istifadəyə verilib
Milli Onkologiya Mərkəzinin yeni korpusunda 2 ədəd “VitalBeam(tm)” xətti sürətləndirici sistemi istifadəyə verilib
03.11.2018 [10:47]
Milli Onkologiya Mərkəzinin (MOM) şüa müalicəsi şöbəsində əlavə olaraq ikimərtəbəli yeni korpus tikilib və dünyanın tibbi qurğular və xərçəng xəstəliyinin müalicəsi üçün proqram təchizatı istehsalı sahəsində aparıcı şirkəti olan Amerikanın “Varian Medical System”in 6-10 MeV-lıq yüksək enerjili 2 ədəd xətti sürətləndiricisi quraşdırılıb. Bununla da, MOM-un şöbəsində fəaliyyət göstərən və ən müasir kompüter proqramları ilə təchiz edilən xətti sürətləndiricilərin sayı 7-yə çatıb ki, bu da dünyada ən yüksək göstəricidir.
Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra MOM şöbəsinin yeni korpusu ilə tanışlıq olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən MOM-un baş direktoru, akademik Cəmil Əliyev səhiyyənin ən vacib sahələrindən biri olan onkologiyaya Azərbaycanda xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Prezidentinin diqqəti və qayğısı sayəsində hazırda Milli Onkologiya Mərkəzi ən müasir avadanlıqla təchiz olunub. Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan MOM-u artıq dünyanın aparıcı onkoloji mərkəzləri ilə müqayisə etmək olar. Vurğulanıb ki, burada aparılan müalicənin əsas məqsədi xəstələrin ömrünün uzadılması, onların mümkün olduğu qədər tam şəfa tapmasıdır.
Akademik öz çıxışında xatırladıb ki, son illər Milli Onkologiya Mərkəzi onkoloji xəstələrin müalicəsi üçün zəruri yeni texnologiyaların istehsalçısı olan dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. MOM ilə Amerikanın bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyaları layihələşdirən və istehsal edən “Varian Medical Systems” şirkəti arasında 2014-cü ilin oktyabrında imzalanmış əməkdaşlıq haqqında saziş buna sübutdur. Bununla da, Milli Onkologiya Mərkəzi rəsmi referens-mərkəz statusunu alıb. Sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsinə, müasir texnologiyaların Azərbaycana daha qısa vaxt ərzində çatdırılmasına, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına şərait yaradır. Bununla yanaşı, imzalanmış saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən yüksək səviyyəli xidmətin dünyanın aparıcı klinikaları tərəfindən tanınmasını təsdiq edir.
MOM-un şüa müalicəsi şöbəsinin müdiri, Əməkdar elm xadimi, professor İsa İsayev qeyd edib ki, tibb işçilərinin radioşüalanmanın mənfi təsirinə məruz qalmaması məqsədilə Mərkəzin şöbəsinin yeni korpusunun tikintisində Beynəlxalq Atom Enerjisi Agentliyinin tövsiyələri əsasında və Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nəzarəti altında spesifik materiallardan istifadə edilib. Qeyd olunub ki, yüksək kadr potensialına malik MOM-un şüa müalicəsi şöbəsində hər gün 200-250, il ərzində isə 3 min insan radioterapiya alır. “Varian Medical System” şirkətinin Bakıdakı referens-mərkəzində radioterapiya üzrə praktik məşğələlər keçirilir, həmçinin xarici ölkədən olan həkimlər üçün müasir radioterapiya üsullarına həsr edilən kliniki proqramlar üzrə məşğələlər təşkil edilib. Eyni zamanda, seminarlar Azərbaycanın həm radiasiya onkoloqları, həm də digər mütəxəssislər - tibb fizikləri, mühəndislər və texniklər üçün keçirilir. Bununla yanaşı, elektrik enerjisinin fasiləsiz təminatı məqsədilə şüa müalicəsi şöbəsinin texniki xidmət otağında 16 generator quraşdırılıb. Həmçinin qeyd olunub ki, radioterapiyanın qabaqcıl üsullarının, xüsusilə, stereotaksik radiocərrahiyyənin öyrənilməsi çox mürəkkəb məsələdir. Bu müalicə üsulu üçün yüksəkixtisaslı kadrlar və müasir avadanlıqlar tələb olunur. Bununla bağlı, Avropadan olan aparıcı mütəxəssislər tərəfindən Mərkəzin tibb fizikləri, mühəndisləri və texnikləri üçün mütəmadi əsasda treninqlər keçirilir.
Sonda akademik Cəmil Əliyev tibb işçilərinə elmi-praktik fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

