Beynəlxalq Əlillər Günü ilə əlaqədar müsabiqə elan olunub
03.11.2018 [10:39]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 dekabr-Beynəlxalq Əlillər Günü ilə əlaqədar “Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirir.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsi kimi, ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının təminatı, onların sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, cəmiyyətə fəal inteqrasiyası və digər istiqamətlərdə aparılan işlər barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün dərc olunmuş yazıların sərlövhələri təklif olunan mövzu ilə eyni olmalıdır. Hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş jurnalistlərin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan, şuranın tərtib etdiyi “qara siyahı”ya düşən, bir il müddətində “qara siyahı”dan çıxarılan və altı ay müddətində xəbərdarlıq almış qəzetlərdə dərc olunan yazılar müsabiqəyə qəbul edilmir.
Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Müsabiqəyə yazının dərc olunduğu 1 nüsxə mətbuat orqanı (qəzet), 1 nüsxə yazının elektron variantı (Times New Roman (12) şriftində -CD diskdə, 3 nüsxə A4 formatda müəllifin imzası göstərilməməklə çap olunmuş variantı təqdim edilməlidir. Yazıların həcmi bir səhifə (A3) olmalıdır (9-11 min işarə).
Müəlliflərin əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası), iştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə), şəxsiyyət vəsiqəsi və surəti, şəxsi VÖEN və surəti, şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması təsdiqlənməlidir) tələb olunur.
İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün fonda müraciət etmək olar. Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır. Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazılar noyabrın 2-dən 27-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Dərc olunan mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti və ictimai maraqların müdafiəsi qiymətləndirmə zamanı əsas meyarlar olacaqdır.
Müsabiqədə I yer (1 nəfər), II yer (2 nəfər) və III yerin (3 nəfər) sahibləri müvafiq olaraq, 1000, 800 və 500 manat məbləğində pulla mükafatlandırılacaqlar.
Bundan başqa, beş yazı müəllifinə hər biri 200 manat olmaqla həvəsləndirici mükafatlar veriləcək.
Qaliblər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF-nin xüsusi diplomu ilə təltif olunacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

