Milli-mənəvi dəyərlərimizin qorunması dövlət-din siyasətinin tərkib hissəsidir
24.10.2018 [09:10]
Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Göyçay rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar iştirak ediblər.
Konfransı açan rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, Azərbaycanda Ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar olub. M.Səlimzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki dini dözümlülük və tolerantlığın dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirildiyini vurğulayıb.
Mehdi Səlimzadə Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsinin bütün dünyada yüksək qiymətləndirildiyini söyləyib. O, eyni zamanda, ölkəmizdəki dövlət-din münasibətləri çərçivəsində bütün dini konfessiyaların qanun qarşısında eyni statusa malik olduğunu qeyd edib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunmasına, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə geniş imkanlar açıb. Vurğulanıb ki, bu model Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib və dünyada artıq nümunə kimi qəbul olunur. Dövlətimizin başçısının bu istiqamətdə atdığı addımlar davamlı xarakter daşıyır, eləcə də multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır.
Dövlətin din siyasətinin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunmasının önəmli yerlərdən birini tutduğunu deyən DQİDK sədri bu dəyərlərin qorunmasında dini maarifləndirməyə xüsusi diqqət yetirildiyini qeyd edib. M.Qurbanlı diqqətə çatdırıb ki, keçirilən konfransların, görüşlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində aparılan işlərə töhfə vermək və yad dini ideologiyaların yayılmasına qarşı mübarizə aparmaqdır. O, cəmiyyətdə, xüsusilə gənclər arasında xurafatın, eləcə də zərərli vərdişlərin, zərərli dini cərəyanların təbliğ etdiyi ideyaların qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini bildirib. Din pərdəsi altında gizlənən radikal qrupların məqsədinin stabilliyi pozmaq, xaos yaratmaq yolu ilə öz siyasi ambisiyalarını həyata keçirmək olduğunu qeyd edən Komitə sədri Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən bu cür halların qarşısının qətiyyətlə alındığını diqqətə çatdırıb.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov dövlətin dinə və din xadimlərinə qayğısından bəhs edib. Ə.Məmmədov diqqət və qayğıya görə bölgə dindarları adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək, dindarların bütün məsələlərdə daim dövlətin yanında olduğunu söyləyib.
Konfrans öz işini oktyabrın 24-də Göyçay şəhər 1 saylı orta məktəbdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin, həyat bilgisi fənnini tədris edən müəllimlərin və məktəb psixoloqlarının iştirakı ilə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

