/ / Cocuq Mərcanlı sakini: Burada həm gözəl evlər tikilib, həm də yaşayış üçün lazımi şərait yaradılıb
Cocuq Mərcanlı sakini: Burada həm gözəl evlər tikilib, həm də yaşayış üçün lazımi şərait yaradılıb
03.10.2018 [08:37]
Kənddə yaradılan istixanalar əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin inkişafı daim diqqət mərkəzində saxlanılır, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə kənddə istixanalarının yaradılmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Cocuq Mərcanlıda 15 ailənin hər biri üçün 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulub. İstixanalar damcı suvarma sistemi ilə təchiz olunub, istifadəçilərə toxum, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar verilib. Bunlarla yanaşı, layihə iştirakçılarına tərəvəzin becərilməsi ilə bağlı 3 ay müddətində təlim və məsləhət xidməti göstərilib. İstixanalarda əsasən xiyar bitkisi becərən kənd sakinləri məhsul satışından mənfəət də əldə ediblər. Bu günlərdə Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” layihəsi çərçivəsində Cocuq Mərcanlı fermerlərinə dəstək məqsədilə onların yetişdirdiyi məhsulların satışı da təşkil olunub. Kənddəki istixanalarda yetişdirilmiş 1100 kiloqram xiyar məhsulu satın alınaraq “Araz” supermarketlər şəbəkəsi vasitəsilə satışa çıxarılıb.
Layihənin əhəmiyyətini yüksək qiymətləndirən kənd sakini Ruhin Təbrizli AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “24 il idi ki, doğma yurdumuzdan didərgin düşmüşdük. Şükür Allaha ki, Prezidentimizin və ordumuzun sayəsində yenidən öz torpaqlarımıza qayıtdıq. Burada həm gözəl evlər tikilib, həm də yaşayış üçün lazımi şərait yaradılıb. Kəndə qayıdan əhalinin işlə təmin olunmasına da diqqətlə yanaşılır. Kənddə yaradılan 15 istixanadan biri də bizim ailəmizə verilib. İlkin olaraq xiyar bitkisi becərmişik və bu günədək 400 kiloqram məhsul satmışıq. Məhsul yığımı başa çatdıqdan sonra digər tərəvəz bitkiləri becərəcəyəm”.
Kəndin digər sakini Şahsuvar Şirinov da əhalinin məşğulluğunun təmin olunması məqsədilə həyata keçirilən layihələrdən razılığını ifadə edib: “15 ilə yaxın Sabirabad rayonunda, sonra isə Biləsuvar rayonunda məcburi köçkün həyatı yaşamışıq. Bu gün isə doğma kəndimizdəyik. Var olsun dövlətimiz, yaşayışımız üçün hər cür şərait yaradılıb. O cümlədən əhalinin işlə təmin olunması üçün tədbirlər görülür. Gördüyünüz kimi, bizə verilən istixanalarda xiyar becərmişik. Pomidor əkməyi də nəzərdə tutmuşam. Göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarına şərait yaradıb. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə kənddə qarğıdalı, şəkər çuğunduru və digər bitkilər becərilib. İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cocuq Mərcanlı kəndində istixanalarla yanaşı, arıçılıq təsərrüfatları da yaradılıb. Türkiyə ilə birgə həyata keçirilən layihələrin davamı olaraq burada suvenir istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Kənddə, həmçinin 150 başlıq cins heyvandarlıq kompleksinin yaradılması da nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39

