Diaspor Gənclərinin I Yay düşərgəsinin iştirakçıları Şəkidə
25.08.2018 [09:31]
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinin iştirakçılarının ilk qrupu avqustun 22-də qədim Şəki şəhərinə gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşərgə iştirakçılarını Şəki Olimpiya İdman Kompleksinin həyətində şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki Regional Mədəniyyət və şəhər Gənclər və İdman idarələrinin rəhbərləri, həmçinin düşərgənin rəsmi şəxsləri mehribanlıqla qarşılayıblar.
Mədəniyyət idarəsinin rəqs kollektivi düşərgə iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edib. Sonra iştirakçılar kompleksin mehmanxanasına yerləşiblər.
Diaspor Gənclərinin I Yay düşərgəsinin layihə rəhbəri Aytən Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, düşərgənin proqramı olduqca rəngarəng və zəngindir. Avqustun 22-də gün ərzində iştirakçıların qarşılanması və kompleksin mehmanxanasında yerləşdirilməsi işləri görüləcək. Axşam iştirakçılar üçün əyləncəli proqram nəzərdə tutulub. Düşərgənin ikinci gününün proqramı bütünlüklə vətənpərvərlik mövzusuna həsr olunub. Günün birinci yarısında “Xocalıya ədalət!” kampaniyasının təqdimatından sonra düşərgə iştirakçıları Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş gənclərlə görüşəcəklər. Günün ikinci yarısında aprel qaziləri ilə görüş, günün sonunda isə “Sonsuz dəhliz” filminin nümayişi nəzərdə tutulub.
Aytən Əliyeva bildirib ki, yay düşərgəsi növbəti günlərdə “Azərbaycan diasporu: Mövcud vəziyyət və perspektivlər”, “Azərbaycan diasporunun fəaliyyətində medianın rolu” və digər mövzularda sessiyalarla davam edəcək. Düşərgə müddətində Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin, həmçinin dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təqdimatları da həyata keçiriləcək. Proqramda düşərgə iştirakçılarının Şəkinin tarixi məkanlarına ekskursiyaları da nəzərdə tutulub.
Qeyd edək ki, avqustun 22-dən 28-dək davam edəcək Diaspor Gənclərinin I Yay düşərgəsində dünyanın 37 ölkəsindən 150-dən çox gənc iştirak edəcək. Onlar ABŞ-da, Avropanın müxtəlif ölkələrində, keçmiş sovet ittifaqı respublikalarında, Şərq ölkələrində, bir sözlə, dünyanın dörd bir yanında yaşayan soydaşlarımızdır. Düşərgə iştirakçılarının bir qismi doğma vətənləri olan Azərbaycana ilk dəfə səfər edir.
Xəbər lenti
Hamısına baxHadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50

