/ / Kənd təsərrüfatı naziri Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb
Kənd təsərrüfatı naziri Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb
01.08.2018 [09:41]
Görüşdə meyvə-tərəvəz istehsalçılarının problemləri müzakirə olunub
Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşə “Buta”, “Amoris”, “Agrosell”, “Grow Group”, “Green Tech”, “Azərsun Holding”, “Binə Agro” şirkətlərinin nümayəndələri qatılıblar.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə meyvə-tərəvəz istehsalçılarının problemləri müzakirə olunub, problemlərdən həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılıb.
Nazir İnam Kərimov gələcəkdə Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aqrar sahədə kiçik təhlil mərkəzinin yaradılmasını, bu qurumun Kənd Təsərrüfatı Nazirliyi nəzdində Aqrar Tədqiqatlar Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri qurmasını tövsiyə edib. Bundan başqa, görüşdə Assosiasiyanın təşkilatlanması və onun gələcək inkişafı ilə bağlı idarəetmə mexanizminin optimallaşdırılması üçün katibliyin yaradılması məsələsinə də toxunulub.
Assosiasiya üzvləri bu cür görüşlərin keçirilməsini müsbət dəyərləndirib və mütəmadi fikir mübadiləsi aparmaq üçün yeni platformaların yaradılmasını məqbul sayıblar. Görüşdə ölkəyə ən son nəsil aqrotexniki avadanlıqların gətirilməsi, bu avadanlıqların assosiasiyaya üzv şirkətlərə verilməsi, bitki sortlarının təhlili üçün Quba Əkinçilik İnstitutu ilə birgə əməkdaşlıq, badam bağlarının salınmasına dəstək verilməsi, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililərin inşasına icazə verilməsinə kömək göstərilməsi, kənd təsərrüfatı təyinatlı tikililərin təyinat hüququnun tanınması və onların rəsmi sənədləşməsinin aparılması, mövcud xarici bazarların keyfiyyətli məhsulla təmin olunması kimi təkliflər müzakirə olunub.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov, Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Vüqar Babayev, nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

