/ / Azərbaycanın və Bosniya və Herseqovinanın bələdiyyələri bir sıra sosial-iqtisadi layihələr reallaşdırırlar
Azərbaycanın və Bosniya və Herseqovinanın bələdiyyələri bir sıra sosial-iqtisadi layihələr reallaşdırırlar
31.07.2018 [09:48]
İyulun 30-da Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının, Türk Dünyası Bələdiyyələri Birliyinin və Bosniya və Herseqovinanın bələdiyyə nümayəndələrinin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, Assosiasiya ilə Türk Dünyası Bələdiyyələri Birliyi arasında bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində Bosniya və Herseqovinanın paytaxtında Xocalı soyqırımı abidəsi ucaldılıb. Azərbaycan bələdiyyələri, həmçinin Bosniya və Herseqovinanın bələdiyyələri ilə birlikdə bir sıra sosial-iqtisadi layihələrin reallaşması istiqamətində tədbirlər görürlər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov deyib ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq mövcuddur. Rəsmi Sarayevo beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ölkəmizə hər zaman dəstək olur. Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir.
Türk Dünyası Bələdiyyələri Birliyinin baş katibi Fahri Solak qeyd edib ki, təmsil olunduğu təşkilata 28 ölkə üzvdür. Onlardan 11 ölkə birliyin idarə heyətində təmsil olunur. İdarə heyətinə rəhbərlik edən ölkələrin Azərbaycanla Bosniya və Herseqovina olduğunu deyən Fahri Solak vurğulayıb ki, birliyə üzv ölkələr, eyni zamanda, siyasi və iqtisadi sahədə əlaqələrini inkişaf etdirirlər.
Bosniya və Herseqovinanın Novi Qrad bələdiyyəsinin sədri Semir Efendic isə bildirib ki, Azərbaycanla ölkəsi arasında əlaqələr gündən-günə inkişaf edir. Bosniya və Herseqovina Azərbaycanla bir çox sahələrdə, o cümlədən turizm sektorunda əməkdaşlıqda maraqlıdır. Bu məqsədlə nümayəndə heyətinin tərkibində Sarayevo Turizm İdarəsinin baş direktoru da iştirak edir. Qonaq, eyni zamanda, azərbaycanlı iş adamlarının ölkəsində fəaliyyət göstərmələrini arzu etdiyini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07

