“Uşaq Qaynar Xətt Xidməti”nin uşaqlara psixoloji və mənəvi dəstəyi davam edir
31.07.2018 [09:41]
“Səninlə kobud rəftar edirlər? Narahatsan? Qorxursan? Onda problemini bizimlə bölüş!”
Bu çağırış “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” tərəfindən bütün uşaqlara ünvanlanıb.
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyətə başladığı ilk gündən minlərlə uşağa psixoloji və mənəvi dəstək göstərib. Xidmət artıq ölkəmizdə uşaqlar tərəfindən kifayət qədər etibar qazanıb. Məhz buna görədir ki, “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edən uşaqların sayı hər keçən gün artmaqdadır. Xidmət göstərdiyi 8 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub. Tək bu ilin ilk 6 ayı ərzində “Uşaq Qaynar Xətti”nə 1379 müraciət daxil olub. Bu zənglərdən 269-u psixoloji, 259-u hüquqi, 58-i səhiyyə, 65-i sosial, 650-si təhsil, 78-i digər problemlərlə bağlı olub. Daxil olan müraciətlərin 914-ü 18 yaşdan yuxarı, 465-i isə 18 yaşdan aşağı olan şəxslər tərəfindən edilib. 570 müraciət şəhərdaxili nömrədən, 792-si mobil nömrədən, 17-si isə sms və Facebook səhifəsi vasitasilə daxil olub. “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə ölkəmizdən kənarda yaşayan uşaqlar da müraciət edir ki, daxil olan zənglərin 65-i ölkə xaricindən qeydə alınıb.
Qaynar xətt hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir, bura həm şəhərdaxili, həm də Azercell nömrələrinə (012 480 22 80; 050/051 680 22 80) zənglə, habelə e-poçt xidməti (yardim@usaqxetti.az) və internet saytı (www.childhelpline.az) vasitəsilə müraciət etmək mümkündür.
Qeyd edək ki, xidmətin yaradılmasında məqsəd ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə Xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Aqstafa) yaşayan uşaqlara da xidmət göstərir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01

