/ / Demoqrafiya və əhali sakinliyi sahəsində BMT-nin Əhali Fondu ilə əməkdaşlığın gələcək istiqamətləri nəzərdən keçirilib
Demoqrafiya və əhali sakinliyi sahəsində BMT-nin Əhali Fondu ilə əməkdaşlığın gələcək istiqamətləri nəzərdən keçirilib
26.07.2018 [10:45]
BMT-nin Əhali Fondunun və Çexiyanın Karlov Universitetinin ekspertləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ilk dəfə olaraq respublikanın iqtisadi rayonları və Bakı şəhəri üzrə əhali proqnozları hazırlanıb. Cari ildə bu proqnozların korrektirovkasının aparılması, nəticələr üzrə məlumat bazasının yaradılması və proqnoz məlumatlarının dərc olunması nəzərdə tutulur.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayevlə görüşdə deyib.
S.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərindən biri kimi ölkəmizdə demoqrafiya və əhali sakinliyi sahəsində müsbət vəziyyətin mövcud olduğunu diqqətə çatdırıb. O, bu sahədə ölkəmizdə təkmil əsaslara söykənən siyasətin hazırlanması və həyata keçirilməsində BMT-nin Əhali Fondu ilə ardıcıl və səmərəli əməkdaşlığın formalaşdığını qeyd edib. Nazir xüsusilə “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramının (2018-2030-cu illər)” layihəsinin hazırlanmasında, demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılmasında bu əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.
Nazir beynəlxalq ekspertlər cəlb olunmaqla ölkənin inkişafına təsir edən demoqrafik və sosial-iqtisadi amillərin qarşılıqlı əlaqələrinin öyrənilməsi üzrə kompleks tədqiqatların aparılmasının vacib olduğunu bildirib. S.Babayev bu il “Dayanıqlı İnkişafın təmin olunması üçün əhali haqqında demoqrafik göstəricilərin düzgün interpretasiyası və tətbiqi” mövzusunda ölkəmizdə təşkil olunacaq seminarda Karlov Universitetinin və Moskva Dövlət Universitetinin demoqrafiya üzrə ekspertlərinin cəlb olunmasına Fond tərəfindən dəstək verilməsinin məqsədəuyğun ola biləcəyini qeyd edib.
Nazir Fondun demoqrafiya və əhali sakinliyi sahəsində ƏƏSMN ilə əməkdaşlığı genişləndirməkdə, birgə fəaliyyətin, o cümlədən əhali proqnozlarının hazırlanması üzrə işlərin davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramının layihəsindən bəhs olunub, dövri olaraq ölkəmizdə demoqrafik proqnozların hazırlanması üçün mükəmməl proqnozlaşdırma metodologiyasının yaradılmasının əhəmiyyəti vurğulanıb. Beynəlxalq ekspertlərlə birgə demoqrafik və sosial-iqtisadi amillərin qarşılıqlı əlaqələrinin öyrənilməsi, mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi və perspektiv inkişaf meyillərinin müəyyənləşdirilməsi üçün kompleks tədqiqatların aparılması müzakirə olunub.
Həmçinin əhalinin yaş-cins strukturunda baş verən dəyişikliklərin makroiqtisadi inkişafa təsirlərinin araşdırılması məqsədilə “Milli Transfer Hesabları” layihəsinin tətbiqi, əhali sakinliyi və demoqrafiya sahəsində kadr potensialının inkişaf etdirilməsi və s. məsələlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək istiqamətləri nəzərdən keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

