/ / Miqrasiya sahəsində qanunvericiliyə edilən dəyişikliklər ölkəmizə gələn şəxslərin məmnunluğunu artıracaq
Miqrasiya sahəsində qanunvericiliyə edilən dəyişikliklər ölkəmizə gələn şəxslərin məmnunluğunu artıracaq
04.07.2018 [09:38]
Miqrasiya sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsinin məqsədi vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətinin yaxşılaşdırılması, məmnunluğun artırılması, şəffaflığın təminatı, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquqlarından daha səmərəli istifadəsinə şərait yaradılmasıdır.
Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətinin (DMX) ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər.
Məlumatda qeyd edilir ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə olunan dəyişiklikliyə əsasən ölkə ərazisində 10 gündən yox, 15 gündən çox müvəqqəti olmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınacaqlar. Bu da ölkəmizə turist kimi, yaxud işgüzar qaydada qısamüddətli səfərə gələn şəxslərin məmnunluğunu artıracaq.
Hazırda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və ya yaşama, həmçinin iş icazələri qanunvericilikdə nəzərdə tutulan müvafiq əsaslara görə ləğv edilirsə, hər bir halda həmin şəxslər ölkədən çıxarılır və ölkəyə girişlərinə məhdudiyyət qoyulur. Əcnəbinin (vətəndaşlığı olmayan şəxsin) ölkəyə gəlişinin müəyyən müddətə məhdudlaşdırılması bir çox hallarda biznes sektorunun, sahibkarların işinə müəyyən çətinliklər yaradır. Qanun layihələrində özəl sektorun inkişafı məqsədilə əcnəbinin (vətəndaşlığı olmayan şəxsin) ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyətin götürülməsi nəzərdə tutulur.
Miqrasiya Məcəlləsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda onun ölkə ərazisinə gəlməsi beş il müddətinə qadağan edilir. Dəyişikliyə əsasən Miqrasiya Məcəlləsinin müvafiq əsasa görə əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə girişinə beş il müddətinə qadağa qoyulmasını nəzərdə tutan müddəası ləğv edilir.
Qanun layihələrində nəzərdə tutulan digər məsələ miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisini tərk etməsi və yenidən ölkəyə gəlməsi ilə bağlıdır. Miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati qaydada çıxarılmamaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəriməni ödəmədiyi təqdirdə ölkəyə təkrar girişlərinə hər hansı məhdudiyyət tətbiq edilmədən ölkə ərazisini tərk edə biləcəkdir. Bu halda onların ölkəyə girişi cəriməni ödəyənədək məhdudlaşdırılır və cəriməni ödədikdən sonra onların ölkəyə girişinə qoyulmuş məhdudiyyət dərhal götürülür. Bu halda şəxsin məhdudiyyətin götürülməsi üçün əlavə müraciət etməsinə ehtiyac qalmayacaq. Bu yanaşma miqrasiya proseslərinin tənzimlənməsi sahəsində məmnunluğun artmasına öz müsbət təsirini göstərəcək.
Qeyd olunub ki, daimi yaşama icazəsi almaq üçün müraciət edən şəxsin müraciətinə imtina verildikdə, həmin şəxsin təqdim etdiyi sənədlər əsasında müvəqqəti yaşamaq icazəsi almasını tənzimləyən mexanizm yaradılır. Belə ki, dəyişikliyə əsasən daimi yaşama icazəsinin alınmasına imtina verilmiş əcnəbilər (vətəndaşlığı olmayan şəxslər) müvəqqəti yaşamaq icazəsi almaq üçün əlavə sənədlər təqdim etmədən sadəcə ərizə-anket ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəklər.
Qanun layihələrində əksini tapan məsələlərdən biri də miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbilərə (vətəndaşlığı olmayan şəxslərə) inzibati tənbehə səbəb olan halın aradan qaldırılması üçün İnzibati Xətalar Məcəlləsində dəqiq müəyyən olunan vaxtın verilməsidir. Ölkədə olma, yaşama, yaxud ölkə ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş əcnəbilərə (vətəndaşlığı olmayan şəxslərə) inzibati məsuliyyətə səbəb olmuş halın aradan qaldırılması üçün 10 gün vaxt veriləcək.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54

