Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib
30.06.2018 [09:31]
İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilmiş müsabiqənin qaliblərinə mükafatları təqdim edib. Müsabiqənin nəticələrinə əsasən 14 gənc alim mükafatlandırılıb.
Sonra “Magistr - 2018” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
İclasda müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ 2018-2023-cü illərdə AMEA-nın qarşısında duran vəzifələr haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik A.Əlizadə bildirib ki, rəhbərlik etdiyi qurumda elmi-texniki potensialın daha da inkişaf etdirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. AMEA beynəlxalq elmi əlaqələrin genişləndirilməsini, nanotexnologiyalar, kiber-fiziki sistemlər, süni intellekt, eləcə də başqa elm sahələrində tədqiqat proqramlarının işlənməsini və elmin inkişafı üçün mühüm tədbirlərin həyata keçirilməsini başlıca hədəf kimi qarşıya qoymalıdır.
AMEA-nın rəhbəri “Azərbaycan elminin inkişaf doktrinası” layihəsindən də danışıb. Layihədə elmin idarə edilməsi, təşkili və maliyyələşdirilməsi sistemlərinin təkmilləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə yönəldilməsi, elmlə təhsilin inteqrasiyası, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Gündəlikdə yer alan növbəti məsələ AMEA Rəyasət Heyəti üzvləri arasında vəzifə bölgüsü ilə bağlı olub. Akademiyanın iyunun 8-də keçirilən ümumi yığıncağında seçilmiş AMEA-nın prezidenti və AMEA Rəyasət Heyətinin yeni tərkibdə üzvləri arasında vəzifə bölgüsü qərarla təsdiqlənib.
Sonra AMEA-nın professorlarının koordinasiya şurasının yaradılması məsələsi müzakirə olunub. Bildirilib ki, şuranın yaradılmasının məqsədi AMEA-nın professorları üçün müəyyənləşdirilmiş vəzifələrin icrasını təmin etmək, həmçinin AMEA professorlarının akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaqdır. İclasın qərarına əsasən şura yaradılıb. Onun Əsasnaməsinin hazırlanması barədə tapşırıq verilib.
Növbəti məsələ AMEA Rəyasət Heyətinin fəaliyyətinin səmərəliliyinin artırılması haqqında olub. Məsələ ilə bağlı çıxış edən AMEA-nın rəhbəri fəaliyyətin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirib. Akademik müzakirəyə təqdim edilən məsələlərin Rəyasət Heyətinin AMEA-nın Nizamnaməsi ilə müəyyənləşdirilmiş fəaliyyət istiqamətlərinə, müasir dünyanın elmi çağırışlarına, ölkəmizin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətə, akademiyada həyata keçirilən islahatların prinsiplərinə uyğun olmasının vacibliyini vurğulayıb.
Daha sonra Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə bir sıra tapşırıqlar verilib.
Digər qərarla AMEA-nın Geologiya və Geofizika İnstitutunun elmi şurasının tərkibində qismən dəyişiklik edilib. Bundan əlavə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasının yeni tərkibi təsdiqlənib.
Tədbirdə bir sıra kadr məsələlərinə də baxılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32

