Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakcell media nümayəndələri üçün yarış təşkil edib

Bakcell media nümayəndələri üçün yarış təşkil edib

30.06.2018 [09:20]

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə atıcılıq üzrə yarış keçirib.
Bakı Atıcılıq Mərkəzində təşkil olunmuş bu yarışda ölkənin müxtəlif media resurslarını təmsil edən 50-dən artıq jurnalist iştirak edib. Yarışdan öncə media nümayəndələri üçün atıcılıq üzrə təlim keçirilib. Təlimdən sonra isə jurnalistlər öz istəklərinə uyğun olaraq qruplara ayrılaraq stend atıcılığı və güllə atıcılığı üzrə yarışlara qatılıblar.
Əyləncə və dostluq atmosferində keçirilmiş yarışın qaliblərinə “Bakcell”dən maraqlı hədiyyələr təqdim edilib.
Bakcell şirkəti mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən müxtəlif media resurslarının nümayəndələri üçün mobil telekommunikasiya, informasiya və kommunikasiya texnologiyaları və digər vacib mövzularda təlimlər keçirməklə bu sahənin inkişafına yönəlmiş layihələrə dəstək göstərir.

Paylaş:
Baxılıb: 456 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31