“Bakcell” və AFFA-dan “Bakcell Arena” ilə bağlı yeni qərar
04.05.2018 [10:06]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Bakının Nizami rayonu ərazisində yerləşən stadionun “Bakcell Arena” adlandırılması üzrə müqavilənin müddətinin uzadılmasına dair razılığa gəliblər.
Əldə edilmiş razılığa əsasən qeyd olunan stadion növbəti il ərzində də “Bakcell Arena” adlandırılacaq.
Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilib. “Bakcell” ilə AFFA arasında bağlanmış müqaviləyə əsasən, stadion 2013-cü ildə əsaslı şəkildə modernləşdirilərək “Bakcell Arena” adlandırılıb. 11 min tamaşaçı yeri olan “Bakcell Arena” ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Stadionda 17 VİP skayboks, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunub-geyinmə, məşqçilər, hakimlər, həkimlər üçün otaqlar, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 300 avtomobil tutan dayanacağı var.
Təməli 2013-cü ildə qoyulmuş “Bakcell” və AFFA əməkdaşlığı çərçivəsində Azərbaycanda futbolun inkişafı üçün bir sıra mühüm layihələr həyata keçirilib. Bu birgə fəaliyyət Azərbaycan futbolunun müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini verib. 2012-ci ildən 2018-ci ilə qədər “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım tərəfdaşı olmuş “Bakcell” daha sonra müxtəlif böyük və uzunmüddətli layihələr üzrə AFFA ilə əməkdaşlığa başlayıb, Azərbaycanın milli futbol komandalarının sponsoru olub. “Bakcell” və AFFA-nın birgə təşkil etdiyi “Mançester Yunayted Futbol Məktəbi” və həyata keçirdiyi “Futbol “Bakcell” ilə” və “Mançester Yunayted Yay Futbol Məktəbi” layihələri sayəsində ölkə üzrə gənc istedadlar futbol üzrə bilik və bacarıqlarını artırmaq imkanı qazanıb. Həmçinin “Bakcell” şirkəti 2016-cı ilin may ayında Bakıda keçirilən “UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016”nın və digər nüfuzlu tədbirlərin rəsmi sponsoru və mobil rabitə partnyoru olub.
Azərbaycanın gənclərinə daim dəstək olan “Bakcell” ölkədə idmanın inkişafına öz töhfəsini vermək məqsədilə AFFA ilə əməkdaşlıq etməkdən məmnun olduğunu bildirir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

