Azərbaycan Dillər Universitetində “Bakı Ekspo 2025” layihəsinin təqdimatı olub
11.04.2018 [11:08]
Aprelin 10-da Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və “Bakı Ekspo 2025” Əməliyyat Katibliyinin nümayəndələri Azərbaycan Dillər Universitetində (ADU) “SABAH” qruplarının və “BİR” Tələbə Könüllü proqramının dəstəyi ilə tələbələrə “Ekspo 2025” dünya sərgisi haqqında təqdimatla çıxış ediblər.
ADU-dan bildiriblər ki, universitetin tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov müasir dövrdə insanlar arasında mədəni mübadilə, dostluq münasibətlərinin qurulması ilə xarakterizə olunan sərgi hərəkatının hökm sürdüyünü söyləyib.
Gənclər və İdman Nazirliyinin beynəlxalq standartların tətbiqi bölməsinin müdiri, “Ekspo” səhiyyə mövzusunun eksperti Məryəm Qafarzadə bildirib ki, “Bakı Ekspo 2025” innovasiyaların, yeni icadların, eyni zamanda, ölkə mədəniyyətinin nümayiş olunacağı layihədir. O, Bakıda keçiriləcək “Ekspo 2025” Dünya Sərgisi, gənclər üçün yaradılacaq karyera imkanları barədə məlumat verib. Bildirilib ki, bununla əlaqədar paytaxtın şərq hissəsində 200 hektarlıq sahədə dövlət gerbimizi əks etdirən səkkizguşəli ulduz formasında sərgi binası inşa ediləcək.
Təhsil Nazirliyinin sektor müdiri, “Ekspo” təhsil mövzusunun eksperti Cəsarət Valehov qeyd edib ki, ölkəmizin “Ekspo 2025” Dünya Sərgisinə ev sahibliyi gələcəkdə keçiriləcək böyük beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübənin davamı olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq və demoqrafiya şöbəsi müdirinin müavini, “Ekspo” məşğulluq mövzusunun eksperti Rəna Abdullayeva “Nailiyyət: məşğulluğun gələcəyi” mövzusunda təqdimatla çıxış edib, qloballaşma, dünya əmək bazarında mövcud vəziyyət, virtual iş yerləri barədə məlumat verib.
Sonra Azərbaycanın mədəniyyəti, tarixi və ölkəmizin ev sahibliyi etdiyi tədbirlər barədə videoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxHadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35

