/ / İslam Əməkdaşlıq Təşkilatının jurnalında Qafqaz Müsəlmanları İdarəsi sədrinin məqaləsi dərc olunub
İslam Əməkdaşlıq Təşkilatının jurnalında Qafqaz Müsəlmanları İdarəsi sədrinin məqaləsi dərc olunub
04.04.2018 [10:11]
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ərəb və ingilis dillərində nəşr olunan rəsmi jurnalının aprel sayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, tarix elmləri doktoru, professor, şeyxülislam Allahşükür Paşazadənin “Azərbaycanın İslam həmrəyliyinə töhfəsi” adlı məqaləsi dərc olunub.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalədə İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan İslam mədəniyyətinin yaranıb qorunduğu mühüm yerlərdən biri kimi təqdim edilir. Bildirilir ki, Azərbaycanda heç vaxt irqi, yaxud dini zəmində qarşıdurma və anlaşılmazlıq olmayıb. Qafqazın ən qədim məscidi - 743-cü ildə inşa edilmiş Şamaxı məscidi, Bibiheybət ziyarətgah və məscid kompleksi, Gəncədəki “İmamzadə” kompleksi və bir çox digər məscid və ziyarətgahlar Azərbaycanın İslamın dini-mədəni dəyərlərinə verdiyi böyük töhfədir. Azərbaycan xalqı həmişə öz tarixinə və mənəvi dəyərlərinə böyük hörmətlə yanaşıb. Sovet İttifaqı dağılanda ölkəmizdə fəaliyyət göstərən cəmi 17 məscid var idi, bu gün isə bu rəqəm 2 mini keçib. Son 13 il ərzində Azərbaycanda 200-dən artıq yeni məscid ucaldılıb, 80-dən çox məsciddə təmir işləri aparılıb. Ölkə rəhbərliyinin himayəsi altında Bibiheybət, Təzəpir, köhnə Cümə məscidi və Məhəmməd məscidində təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib.
2014-cü il dekabrın 26-da dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ucaldılmış Heydər məscidinin açılışının həyata keçirildiyini diqqətə çatdıran A.Paşazadə bunun Cənubi Qafqazda ən böyük məscid olduğunu vurğulayır. Bildirir ki, 2017-ci ilin Azərbaycan Prezidenti tərəfindən ölkədə “İslam Həmrəyliyi İli” elan olunması bütün dünyaya ünvanlanan tolerantlıq, qarşılıqlı ehtiram, dinlərarası və məzhəblərarası dialoqa çağırışdır. Azərbaycanda Ümummilli lider Heydər Əliyev tərəfindən qurulmuş dövlət-din münasibətlərinin parlaq nümunəsi başqa dövlətlər tərəfindən öyrənilib araşdırılır.
QMİ sədri vurğulayır ki, ölkəmizdə keçirilmiş olduqca mühüm hadisə - IV İslam Həmrəyliyi Oyunları müstəqil Azərbaycanın İslam dünyasındakı yüksək nüfuzunu nümayiş etdirdi. “İslam Həmrəyliyi İli” çərçivəsində ölkəmizdə və xaricdə çoxlu sayda beynəlxalq konfranslar, seminarlar və başqa tədbirlər keçirildi. Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə İslam həmrəyliyinin möhkəmləndirilməsi, islami dəyərlərin təbliği və radikallığa qarşı birgə mübarizə ilə bağlı dörd beynəlxalq konfrans keçirib. Bu gün dünyada təkcə dini zəmində deyil, eləcə də milli-irqi zəmində münaqişələr baş verir. Azərbaycan xalqı XX əsrin sonlarında Ermənistan tərəfindən etnik təmizləmə və soyqırımına məruz qalıb. Ermənilərin təcavüzkar siyasəti tarixboyu kütləvi qırğınlarla müşayiət olub. Ermənistanın hərbi təcavüzünün nəticəsi olaraq Azərbaycanın beynəlxalq müstəvidə tanınmış torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ və 7 ətraf rayon işğal edilib, bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal altındakı torpaqlarda qalan çoxlu sayda tarixi, mədəni-dini abidələr vəhşicəsinə məhv edilib, bəzi məscidlərin əraziləri İslam qaydalarına zidd şəkildə istifadə olunur. Ermənistanı təcavüzkar kimi tanıyan BMT və İƏT qətnamələri işğalçı ilə əlaqələri inkişaf etdirməyə niyyəti olan müsəlman ölkələri üçün mesaj olmalıdır, çünki Ermənistan işğalı təkcə Azərbaycanın dini və mədəni dəyərlərini deyil, İslam tarixini və mədəniyyətini hədəf alır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

