Azərbaycan ilə Türkiyə arasında hüquqi sahədə əməkdaşlıq genişlənir
06.03.2018 [10:23]
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, baş prokurorun müavini Namiq Əsgərov və hər iki dövlət qurumunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin dəvəti ilə Ankarada səfərdədir. Səfərin məqsədi Türkiyə Ali Məhkəməsinin yaradılmasının 150 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etməkdir.
AZƏRTAC xəbər verir ki, martın 5-də nümayəndə heyətimiz Türkiyə Ali Məhkəməsində bu qurumun sədri İsmayıl Rüştü Cirit və baş prokuror Məhməd Akarca ilə görüş keçirib. İsmayıl Rüştü Cirit və Məhməd Akarca bütün sahələrdə olduğu kimi, ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın da yüksək səviyyədə olduğunu bildiriblər.
Görüşdə tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin ölkələrimizi daha da yaxınlaşdırdığı, xalqlarımızın rifahına xidmət etdiyi vurğulanıb.
Səfər çərçivəsində Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül ilə keçirilmiş görüşdə ölkələrimizin hüquq mühafizə orqanları arasındakı səmərəli işgüzar münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyi qeyd olunub.
Görüşdə ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi istiqamətində aparılan mütərəqqi tədbirlər barədə məlumat verilib, hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb. Həm ikitərəfli, həm də çoxtərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, habelə hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti martın 6-da Türkiyə Ali Məhkəməsinin yaradılmasının 150 illiyi münasibətilə keçiriləcək tədbirlərdə, bu qurumun yeni binasının təməlinin qoyulması mərasimində iştirak edəcək.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim görüşlərdə iştirak edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17

