İctimai Nəzarət Şurası: Təhlillər göstərir ki, UNEC hədəfə doğru inamla irəliləyir
01.03.2018 [10:11]
UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib.
Şurada UNEC İctimai Nəzarət Şurasının üzvləri də iştirak ediblər. UNEC-in rektoru, professor Ədalət Muradov qış imtahan sessiyasının obyektiv və şəffaf keçirilməsində göstərdiyi dəstəyə görə şura üzvlərinə təşəkkür edib. Bildirib ki, UNEC İctimai Nəzarət Şurası universitetdə bütün tədris boyu fəaliyyət göstərəcək və bir ixtisasın idarəetməsi tamamilə onlara həvalə olunacaq.
İclasda UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov qış imtahan sessiyasının yekunlarına dair hesabatla çıxış edib. Prorektor qış imtahan sessiyasında ötən illərlə müqayisədə daha yüksək nəticələr əldə edildiyini bildirib. “İqtisadiyyata giriş” fənninin ilk dəfə olaraq yazılı keçirilməsinə diqqət çəkən prorektor tələbələrin 53%-nin bu imtahanları yaxşı və əla qiymətlərlə başa vurduğunu müsbət hal kimi qiymətləndirib.
Sonra UNEC İctimai Nəzarət Şurasının koordinatoru, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev şura üzvlərinin UNEC-də üç imtahan sessiyasını izlədiklərinə diqqət çəkib. O, imtahanlarda obyektivlik və şəffaflığın təmin edilməsini yüksək qiymətləndirib: “Müşahidələrimizi təhlil edəndə görürük ki, UNEC hər dəfə ötən illə müqayisədə qarşıya qoyduğu hədəfə doğru daha da inamla irəliləyir”.
E.Əliyev qış imtahan sessiyasında UNEC İctimai Nəzarət Şurasının tələbələr arasında keçirdiyi anonim rəy sorğusunun nəticələrini də açıqlayıb. Bildirib ki, 10 sualdan ibarət sorğuda respondentlərin imtahanların təşkili, obyektivliyin təmin olunması, tədris prosesinin gedişi, sualların keyfiyyəti və tədris olunan mövzularla uyğunluğu, imtahanların yazılı keçirilməsi, tələbə məmnuniyyəti ilə bağlı münasibətləri öyrənilib. E.Əliyev sorğunun nəticələrinə əsasən, tələbələrin UNEC-də tətbiq edilən islahatları yüksək qiymətləndirdiyini qeyd edib.
Elmi Şurada UNEC-in tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. Bu istiqamətdə məqsədyönlü addımların atılması üçün qərara alınıb ki, Elm və İnnovasiyalar Mərkəzi ilə Elm şöbəsi ləğv edilərək, onların bazasında Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamenti yaradılsın. Eyni zamanda, müəllimlərin elmi maraqlarını nəzərə alaraq, UNEC-də Monetar İqtisadiyyat Elmi Tədqiqat Mərkəzi, İqtisadi Klinika və Xanım Tədqiqatçılar Şurası yaradılmasına qərar veriblər. Beynəlxalq Əməkdaşlıq Departamentinin tərkibində Layihələrin idarəedilməsi şöbəsi yaradılıb. Əlilliyi olan tələbələr üçün mərkəzin adı isə İnklüziv təhsilin inkişafı mərkəzi ilə əvəz edilib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

