Gürcüstanın daxili işlər naziri ölkəmizə işgüzar səfərə gəlib
16.02.2018 [09:58]
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstan Baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxaria ölkəmizə ikigünlük işgüzar səfərə gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 15-də daxili işlər naziri R.Usubov gürcü həmkarı G.Qaxaria ilə görüşüb.
Görüşdə xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğu, ikitərəfli münasibətlərin, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin hər iki ölkə rəhbərliyinin siyasi iradəsinə, müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq uğurla inkişaf etdiyi, belə görüşlərin əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verdiyi bildirilib. Təmsil etdikləri ölkələrdə cinayətkarlıqla mübarizənin vəziyyəti və kriminogen durum barədə məlumat verən nazirlər məmnunluqla vurğulayıblar ki, ictimai asayişin qorunmasının yüksək səviyyədə təşkili, daxili sabitlik və təhlükəsizliyin təmin olunması, bütün sahələrdə olduğu kimi, turizmin inkişafına da müsbət təsirini göstərir.
Nazirlər ötən illər ərzində Daxili İşlər nazirlikləri arasında imzalanmış sənədlərin, həmçinin “Azərbaycan Respublikasının və Gürcüstanın sərhəd bölgələri daxili işlər orqanlarının əməkdaşlığı haqqında” Sazişin icrasının xüsusilə sərhədyanı bölgələrin daxili işlər orqanları arasında sıx işbirliyinin və işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratmasından məmnunluqlarını bildiriblər. Həmçinin bunun informasiya və təcrübə mübadiləsində özünü daha qabarıq şəkildə göstərməsinin, transmilli cinayətkarlığın bütün növləri ilə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində səmərəli əməkdaşlığın, ilk növbədə, dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etməsinin önəmi xüsusi vurğulanıb.
Problemlərə toxunularkən narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin daim diqqət mərkəzində dayandığı, onlara qarşı səmərəli mübarizənin yalnız birgə səylərlə mümkünlüyü qeyd olunub.
Yüksək qonaqpərvərliyə və əməkdaşlığın genişləndirilməsi istiqamətindəki fəaliyyətinə görə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubova minnətdarlığını bildirən Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxaria ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiklərini, bunun üçün gələcəkdə də səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

