/ / Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
09.12.2017 [00:50]
Dekabrın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev, baş katibin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Akademiyanın rektoru Fuad Hacıyev, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, Olimpiya, paralimpiya və dünya çempionları, tanınmış idmançılar, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları Akademiyanın foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Anım tədbirin məqsədi Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri haqqında gənc nəsli məlumatlandırmaq, Ümummilli liderimizin əziz xatirəsini yad etmək olub.
Akademiyanın akt zalında keçirilən tədbirdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında dövlət himni ifa edilib.
Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbirdə qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Böyük siyasi xadim, zəngin biliyə, geniş dünyagörüşünə, yüksək intellektə malik, vətənpərvər şəxsiyyət olan Ulu öndər Heydər Əliyev daim öz xalqına və dövlətinə sədaqətlə xidmət göstərib, ömrünü bu işə həsr edib. Qədirbilən xalqımız dahi oğlunun xidmətlərini heç vaxt unutmayacaq, Ulu öndərimizin xatirəsi daim qəlblərdə yaşayacaq.
Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrin, o cümlədən idmanın və təhsilin inkişafı diqqət mərkəzində saxlanılıb. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin əsas məqsədi insan kapitalını inkişaf etdirməkdir.
Anım tədbirinin bədii hissəsində Azərbaycan Dövlət Xor Kapellası tərəfindən Ulu öndər Heydər Əliyevin sevdiyi mahnılar ifa olunub, dahi şəxsiyyətin xatirəsinə həsr edilən videoçarx göstərilib.
Bədii hissədən sonra qonaqlar Akademiyada aparılan yenidənqurma işləri və təhsil islahatları ilə tanış olub, yeni yaradılmış “İdman jurnalistikası”, “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” üzrə ingilis dilində magistr ixtisasları dərslərində iştirak ediblər. Tədbir iştirakçıları bu magistr proqramlarında tədris aparan Şeffild Hallam Universitetinin və London Universitet Kollecinin müəllimləri ilə görüşüblər.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30

