Bakıda BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə müzakirələr aparılıb
25.11.2017 [00:11]
Noyabrın 24-də Bakıda “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans BMT-nin “Qlobal Saziş” Təşkilatının Azərbaycan şəbəkəsi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə təşkil olunub. Konfransın açılışında, dövlət və özəl qurumların nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsakzai beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin dünyada ölkəmizə verilən dəyər olduğunu söyləyib. Bildirilib ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal təşəbbüsünə fəal qoşulub və ötən müddətdə bu sahədə mühüm işlər görüb. Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elmi tədqiqatlar mühüm rol oynayır. Mövzunun aktuallığını vurğulayan BMT rəsmisi Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin aparıcı rolundan danışıb. Bildirilib ki, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində təkcə hökumətlərin deyil, özəl qurumların, vətəndaş cəmiyyəti institutlarının da dəstəyinə ehtiyac var. Q.İsakzai deyib ki, Davamlı İnkişaf Məqsədləri bütün millətləri və dövlətləri birləşdirməyə yönəlib. Qeyd olunub ki, yeni texnologiyalar hazırlanarkən onun ətraf mühitə təsiri nəzərə alınmalıdır. “Əminəm ki, konfrans fundamental davamlı inkişaf üçün innovasiya və texnologiyanın rolu, elm və təhsil, Davamlı İnkişaf Məqsədlərində informasiya kommunikasiya texnologiyalarının rolu və digər mövzularda müzakirələrin aparılmasına imkan verəcək”, - deyə Q.İsakzai bildirib. Vurğulanıb ki, davamlı inkişafın əsas məqsədi yoxsulluğun aradan qaldırılması və planetin qorunmasını təmin etməkdir. Bu layihə iqlim dəyişikliyi, iqtisadi bərabərsizlik, yenilik, davamlı istehlak, sülh və ədaləti əhatə edən 17 hədəfdən ibarətdir.
BMT-nin “Qlobal Saziş” Təşkilatının nümayəndəsi xanım Alexandra Tarazi dünyada əhali artımı ilə bağlı problemlərlə üzləşdiklərini deyib, yoxsulluğun azaldılması sahəsində görülən işlərdən danışıb. O, həmçinin təmsil olunduğu təşkilat barədə məlumat verib.
Konfransın Təşkilat Komitəsinin sədri Xəyalə Məmmədova diqqətə çatdırıb ki, iki gün ərzində müxtəlif sahələrdən olan yerli və xarici mütəxəssislər BMT-nin Davamli İnkişaf Məqsədləri ilə bağlı yaranan çətinliklər ətrafında fikir mübadiləsi aparacaq, ideya və təcrübələrini bölüşəcəklər.
“Azərsu” ASC-nin sədrinin müavini Köçərli Həsənov təmsil etdiyi qurumun fəaliyyətindən, beynəlxalq tədbirin tərəflər üçün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, 2015-ci ildə ölkəmiz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Dayanıqlı İnkişaf Məqsədlərinin 17 hədəfinin altısı su və sanitariyanın davamlı idarə edilməsini nəzərdə tutur. Su təhlükəsizliyinin təminatı məqsədilə son illərdə ölkəmizdə böyük investisiyatutumlu layihələrin icra edildiyini diqqətə çatdıran K.Həsənov bildirib ki, son beş ildə ümumi tutumu 460 milyon kubmetr olan su anbarları istifadəyə verilib. Ümumi tutumu 460 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarlarının istismara verilməsi, əhalinin içməli su təchizatının yaxşılaşdırılması və suvarılan torpaq sahələrinin genişləndirilməsi ərzaq təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Hazırda istismarda olan sutəmizləyici qurğularda suyun keyfiyyətinə tam nəzarət olunur. Vurğulanıb ki, Azərbaycanda hazırlanan inkişaf konsepsiyası və strategiyaları, proqram və layihələr BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bu da onu göstərir ki, Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur. K.Həsənov deyib ki, Azərbaycanda su təsərrüfatı sektorunda həyata keçirilən layihələr beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. “Azərsu” ASC ölkədə və xaricdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilib. “Azərsu” ASC Dünya Su Şurasının, Beynəlxalq Su Ehtiyatları Assosiasıyasının üzvlüyünə qəbul edilib və bu təşkilatlarda fəal təmsil olunur. Beynəlxalq Su Ehtiyatları Assosiasıyası 2021-ci ildə Dünya Su Konqresinin Bakıda keçirilməsi barədə qərar qəbul edib. Konfransda aktual məsələlərin ətrafında müzakirələrin aparılacağını söyləyən sədr müavini səmərəli nəticələrin əldə olunacağına əminliyini bildirib.
Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri Hüseyn Hüseynov çıxışında deyib ki, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiqlənib və uğurla icra olunub. Azərbaycan ötən illər ərzində Dayanıqlı İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib. Hazırda Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkə əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün iqtisadiyyatımızın əsaslı yeniləşdirilməsi konsepsiyası uğurla həyata keçirilir. Bildirilib ki, Azərbaycan dünyada 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir. BMT ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda mühüm tədbirlər həyata keçirilib, müvafiq proqramların icrası nəticəsində iqtisadiyyatın inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması kimi mühüm nailiyyətlər əldə olunub. Belə ki, 2015-ci ildə Azərbaycan yoxsulluğa və aclığa qarşı mübarizədəki uğurlarına görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Cənub-Cənub” mükafatına layiq görülüb. H.Hüseynovun sözlərinə görə, Azərbaycanın tam tərəfdaş kimi qlobal innovasiya mühitinə daxil olmasını təmin etmək milli innovasiya sisteminin tezliklə formalaşmasından asılıdır. Bununla əlaqədar müvafiq inkişaf proqramının işlənilməsi bir çox problemlərin konstruktiv həllini, idarəetmə qərarlarının qəbul edilməsi üçün zəruri olan təsirli, səmərəli innovasiya sistemi nəzəriyyəsinin işlənilməsinin vacibliyini ön plana çəkir. Ölkə iqtisadiyyatının innovasiya inkişafı xəttinin düzgün müəyyənləşdirilməsi həm də innovasiya inkişafının xarici təcrübələrinin ətraflı öyrənilməsini, bu təcrübələrin Azərbaycanda tətbiq imkanlarının araşdırılmasını tələb edir.
H.Hüseynov qeyd edib ki, ümumiyyətlə iqtisadiyyatın davamlı və dinamik inkişafı elmi-tədqiqatların səmərəliliyindən birbaşa asılıdır. Bu proseslərin səmərəliliyi isə məqsədyönlü idarəetməni tələb edir.
Konfransın işinə uğurlar arzulayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi, akademik Asəf Hacıyev və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin təşviqində elmin rolunu vurğulayıb, müasir dövrdə insanların dayanıqlı və keyfiyyətli su ilə təminatının qlobal miqyasda ən vacib məsələlərdən biri olduğunu bildiriblər.
Tədbirdə Azərbaycanın iqtisadi yüksəlişi, “Azərsu” ASC-nin inkişafı barədə videoçarxlar nümayiş olunub.
Çıxışlardan sonra konfrans işini paralel sessiyalarda davam etdirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47

