/ / Prezident İlham Əliyev gənclərimizi daha vətənpərvər, sağlam, savadlı, işgüzar və müasir dövrlə ayaqlaşan görmək istəyir
Prezident İlham Əliyev gənclərimizi daha vətənpərvər, sağlam, savadlı, işgüzar və müasir dövrlə ayaqlaşan görmək istəyir
23.09.2017 [10:48]
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əhatə etdiyi zamanın ruhuna uyğun tərtib olunub.
Bu fikri Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev dövlətimizin başçısının sentyabrın 15-də imzaladığı Sərəncamla təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.
Y.Məmmədəliyev bildirib ki, Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Onun təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılıb, dövlət gənclər siyasətinin əsas çərçivələrini müəyyənləşdirən qanunverici aktlar qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Ölkəmizdə dövlət gənclər siyasətinin daha planlı şəkildə həyata keçirilməsi məqsədilə “Azərbaycan gəncliyi” dövlət proqramı qəbul edilərək, 2005-2009-cu və 2011-2015-ci illərdə uğurla icra olunub.
“Ölkəmizin müasir inkişaf dinamikası Azərbaycan gəncliyinin tələblərini də artırır. Ötən dövrdə icra olunmuş proqramların nəticəsində Azərbaycan gənci inkişaf edib, müasirləşib, onun yeni tələbatları yaranıb. Məhz bu amilləri nəzərə alaraq dövlətimizin başçısı İlham Əliyev “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam dövlətin gənclərimizə olan inamını ifadə etməklə, onların məsuliyyətini də artırır. Eyni zamanda, qəbul edilmiş proqram, müxtəlif dövlət qurumları, nazirlik və komitələr qarşısında konkret məqsədlər qoyur. Müvafiq dövlət qurumları proqramın tam, vaxtında və yüksək səviyyədə icrası üçün çalışacaqlar”, - deyə Prezident Administrasiyasının şöbə müdiri qeyd edib.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının əhatə etdiyi zamanın ruhuna uyğun tərtib edildiyini vurğulayan Y.Məmmədəliyev bildirib ki, proqramda gənclərimizin milli köklərə söykənərək, müasir dünyanın bir parçası olmalarını təmin etmək istəyi diqqəti cəlb edir. Təsadüfi deyil ki, sənəddə ölkə gənclərinin müasir texnologiyalara yiyələnməsi, beynəlxalq əlaqələrini gücləndirməsi təşviq olunur. Azərbaycan gənclərinin informasiya texnologiyaları sahəsinə, müxtəlif startaplara olan təbii marağını təmin etmək üçün proqramın icrası zamanı, dövrün müasir təzahürlərinə xüsusi diqqət ayrılacağı gözləniləndir. Proqramın icrasına dair tədbirlər planı ilə tanış olduqda görürük ki, burada Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu proqramdan irəli gələn tədbirlər planının icrası nəticəsində gənclərimizi daha vətənpərvər, sağlam, yaradıcı, savadlı, işgüzar və müasir dövrlə ayaqlaşan görmək istəyirlər.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əhatə etdiyi dövrdə ölkə gəncliyinin və müxtəlif dövlət qurumlarının fəaliyyəti üçün istiqamətverici sənəd olacaq. Gənclərimizi onların inkişafına faydalı olacaq bu proqramın qəbul olunması münasibətilə təbrik edirəm”, - deyə Y.Məmmədəliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

