“Davud Paşayev. “Məxfi” qrifsiz” kitabı çapdan çıxıb
23.09.2017 [10:36]
Generallar Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, SSRİ-nin və Azərbaycan Respublikasının görkəmli partiya və dövlət xadimi Heydər Əliyev, Sosialist Əməyi qəhrəmanları Sabit Orucov, Fərman Salmanov, Pilotlu və pilotsuz gəmilərin və stansiyaların uçuş sınaqları üzrə SSRİ Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimov, Azərbaycanın görkəmli mədəniyyət xadimləri Tahir Salahov, Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev... Azərbaycanın zəngin tarixində adları çar Rusiyasının, Sovet İttifaqının və müasir Rusiyanın tarixinə daxil olmuş görkəmli şəxsiyyətlərin siyahısını xeyli davam etdirmək olar. Azərbaycan millətini şöhrətləndirən bu insanların adları xalqımızın tarixində həmişəlik qalacaq.
Rusiya Federasiyasının ən yeni tarixinə sanballı töhfələr vermiş görkəmli azərbaycanlı, Rusiya Dövlət Atom Gəmiqayırma Mərkəzinin prezidenti, “Şimal Maşınqayırma Müəssisəsi” Dövlət İstehsalat Birliyinin baş direktoru, Rusiya Qəhrəmanı, iki dəfə RF Dövlət Mükafatı laureatı Davud Paşayevin (1940-2010) adı da bu siyahıya əlavə edilməyə layiqdir.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan” nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Plenumunun üzvü, Qarabağ Müharibəsi veteranı, istefada olan polis polkovniki Georgi Zapletinin “Davud Paşayev. “Məxfi” qrifsiz” (rus dilində - “David Paşaev. Bez qrifa “sekretno”) kitabı çapdan çıxıb. Nəşrin redaktoru “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan 1-ci dərəcəli kapitan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru Nurulla Əliyevdir.
Kitabda Davud Paşayevin əmək fəaliyyətinin, onun SSRİ-də və müasir Rusiyada müdafiə sahəsində ən böyük istehsalat müəssisəsinin rəhbəri vəzifəsinə yüksəlməsinin mərhələləri izlənilir.
Nəşr Rusiya Federasiyasının prezidenti V.V.Putinin oxuculara müraciəti ilə başlanır. Müraciətdə deyilir:
“Hörmətli dostlar! Ölkəmiz əsrlərboyu istedadlı, əməksevər insanlarla, həqiqi yaradıcı şəxsiyyətlər, öz ölkəsinin vətənpərvərləri ilə məşhur olub. Rusiya Qəhrəmanı Davud Hüseyn oğlu Paşayev məhz belə insan olub. Davud Hüseyn oğlu sözün ən yüksək mənasında parlaq və ləyaqətli ömür yaşayıb. O, əfsanəvi “Sevmaş” İstehsalat Birliyində işlədiyi illərdə Hərbi Dəniz Donanmasının gəmiqayırma sahəsinin inkişafına çox böyük töhfə verib və həmişə - istər peşəkar fəaliyyətinin başlanğıcında, istərsə də təcrübəli rəhbər olduğu dövrdə yüksək mənəvi prinsiplərə və ideallara sadiq olub. Mən Davud Hüseyn oğlu ilə bir neçə dəfə görüşmüşəm, onun necə gərgin, yorulmadan işlədiyini, dövləti əhəmiyyətli məsələlərin həllində məsuliyyəti öz üzərinə götürməyə qorxmamasını, qarşıya qoyulmuş məqsədlərə əzmkarlıqla nail olmasını, işə can yandırmasını görmüşəm. O, heç vaxt geri çəkilmir, doğma zavod üçün, insanlar üçün, öz ölkəsi üçün maksimum faydalı olmağa çalışırdı. Buna görə haqlı olaraq, istedadlı mütəxəssis kimi, qüsursuz peşəkar və şəxsi reputasiyaya malik insan kimi böyük hörmət və şəksiz nüfuz qazanmışdı. Biz onun nurlu xatirəsini həmişə qəlbimizdə saxlayacağıq”.
Kitabda müxtəlif qəzetlərdə, jurnallarda və saytlarda dərc edilmiş, Davud Paşayevin adı ilə bağlı materiallara, görkəmli həmvətənimizin qohumlarının və dostlarının xatirələrinə də yer ayrılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

