Yaponiya hökumətinin dəstəyi ilə Zaqatala rayonunda indiyədək 8 layihə reallaşıb
24.08.2017 [09:48]
Avqustun 23-də Zaqatala rayonunun Aşağı Tala kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində həyata keçirilən tibb məntəqəsinin tikintisi layihəsinin icrası uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, tibb məntəqəsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər.
Mərasimdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək Yaponiyanın Azərbaycandakı səfirliyi ilə rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın 10 ildir ki, uğurla davam etdiyini bildirib. Diqqətə çatdırılıb ki, qrant yardımı proqramı çərçivəsində Zaqatala rayonunda indiyədək bu layihə də daxil olmaqla ümumi dəyəri 795 min ABŞ dolları olan 8 layihə reallaşıb. Bu layihələr məktəb və tibb məntəqələrinin tikintisi, tullantıların idarə olunması və su təchizatı sahələrini əhatə edib. Əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.
Zaqatalaya səfərindən məmnun qaldığını vurğulayan səfir Teruyuki Katori bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyinin tamam olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır.
Diqqətə çatdırılıb ki, icrası yenicə başa çatan bu layihə üzrə qrant müqaviləsi Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi arasında 2017-ci ilin yanvarında imzalanıb. Layihənin məqsədi sakinlərə göstərilən tibbi xidmətin səviyyəsini daha da yaxşılaşdırmaqdır. Yaponiya hökumətinin bu layihə üzrə ayırdığı qrant yardımının ümumi məbləği 83 min 197 ABŞ dolları təşkil edib. Layihədən 7 min nəfərə yaxın kənd sakini faydalanacaq.
Məlumat verilib ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 18 milyon 950 min ABŞ dolları olan 222 layihə üzrə qrant müqaviləsi imzalanıb.
Mərasimdə tibb məntəqəsinin müdiri Sevda Hüseynova çıxış edərək tibb ocağının tikintisinə göstərdiyi dəstəyə görə Yaponiya səfirinə və rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Tibb məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

