Azərbaycan və UNICEF səmərəli əməkdaşlıq edir
20.12.2016 [10:37]
Cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların hüquqlarının etibarlı təmin edilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü işlər aparılır, bu sahədə beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin Uşaq Fondu - UNICEF ilə səmərəli əməkdaşlıq edilir.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov UNICEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardin ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə UNICEF arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən nazir dövlətimizin başçısının rəhbərliyi ilə insan haqlarının, o cümlədən uşaq hüquqlarının qorunması üzrə görülən işlərdən, məhkəmə-hüquq və penitensiar sistemlərdə aparılan islahatlardan danışıb. Həmçinin yuvenal ədliyyənin inkişafına xüsusi diqqət yetirilərək, yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, yeni yanaşmaların və müasir İKT-lərin tətbiqi, məhkumların, o cümlədən yetkinlik yaşına çatmayanların saxlanma şəraitinin yaxşılaşdırılması, habelə hakimlərin yuvenal ədliyyə sahəsində treninqi və digər tədbirlər barədə məlumat verib. F.Məmmədov bu sahədə UNICEF-in dəstəyini qeyd edərək E.Karvardinə fəaliyyətində uğurlar arzulayıb.
UNICEF-in ölkəmizlə çox uğurlu əməkdaşlıq etdiyini söyləyən qonaq Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində dövlətin siyasi iradəsi ilə atılan mühüm addımları, yuvenal ədliyyənin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə görülən işləri, məhkəmə və penitensiar sistemin müasirləşdirilməsi, yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının genişləndirilməsi üzrə tədbirləri təqdir edib.
Yuvenal ədliyyənin inkişafı sahəsində Ədliyyə Nazirliyinin təşəbbüslərini və əməkdaşlığı yüksək qiymətləndirən E.Karvardin qarşılıqlı fəaliyyətin bundan sonra da dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə əməkdaşlığın prioritetləri, o cümlədən yuvenal ədliyyə sahəsində birgə tədris tədbirlərinin təşkili, yaxşı təcrübələrin öyrənilməsi, azyaşlılara azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəzaların tətbiqi və s. barədə faydalı fikir mübadiləsi aparılıb.
Sonra qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

