Rəqəmli teleyayım yüksək keyfiyyət göstəriciləri ilə seçilir
04.11.2016 [10:02]
İsa Məmmədov: Rəqəmli teleyayımın üstün cəhətlərindən biri də interaktivliyin tətbiqinin daha da asanlaşmasıdır
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq qərarına uyğun olaraq bu il noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı rəqəmli yayımla əvəzlənib. Digər regionlarımızda isə bu prosesin dekabrın 1-dən reallaşdırılması nəzərdə tutulur. Yəni dekabrın 1-dən etibarən ölkəmizin bütün bölgələrində analoq yayımı rəqəmli yayım əvəzləyəcək.
Bununla bağlı MTRŞ-nin yaydığı məlumatda da bildirilir ki, 2004-cü ildən ölkəmizdə rəqəmli televiziya yayımının tətbiqinə start verilib. Həmin dövrdə Bakı şəhəri və Abşeron yarımadası ərazisində “Elettronika” tipli İtaliya istehsalı olan televiziya vericisi ilə sınaq verilişləri də həyata keçirilib, o cümlədən Şuranın Texniki şöbəsinin iştirakı ilə sınaq-ölçmə və subyektiv qiymətləndirmə işləri yerinə yetirilib. 2010-cu ildə isə artıq dördrəqəmli televiziya vericisi vətəndaşların istismarına təqdim edilib. Ötən müddət ərzində işlədilən teleyayım vericilərinin gücü artırılıb, eləcə də parametrləri müasirləşdirilib. Nəticədə ölkə əhalisinin demək olar ki, hamısı rəqəmli teleyayım ilə əhatə olunub.
Qeyd edilməlidir ki, birinci mərhələdə Bakıda və Abşeron yarımadasında, sonrakı mərhələdə isə bütün respublika ərazisində rəqəmli yayıma keçilməsi ölkəmizdə müasir informasiya texnologiyalarının inkişafı və tətbiqi, vətəndaşların informasiya təminatının keyfiyyətinin yüksəldilməsi, bununla yanaşı, teleyayımın dəqiqliyinin təminatı yönündə mühüm əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən MTRŞ-nin maliyyə və texniki nəzarət şöbəsinin müdir müavini İsa Məmmədov bildirib ki, rəqəmli yayım analoq yayımdan keyfiyyət göstəricilərinə görə fərqlənir. Belə ki, rəqəmli yayımın keyfiyyət göstəriciləri daha yüksəkdir: “Bundan başqa, iki yayım arasında spektrial baxımdan da effekt fərqi mövcuddur. Rəqəmli yayımda bir kanalda 10 televiziya proqramı göstərilə bilir. Bu isə bizə kanalların boşalmasından maksimum yararlanmaq imkan verir. Kanallar boşaldıqca isə HD formatına keçilmə imkanı qazanmış oluruq. Qeyd edim ki, rəqəmli teleyayımın üstün cəhətlərindən biri də interaktivliyin tətbiqinin daha da asanlaşmasıdır. Eləcə də verilişlərin yazılması, arxivləşdirilməsi, saxlanması əvvəlki dövrdən asanlığı ilə fərqlənəcək. Rəqəmli teleyayımın ən əsas xüsusiyyətlərindən biri isə mobil qəbulun dayanıqlı olmasından ibarətdir. Analoq yayımda bu dayanıqlılığı təmin etmək bir sıra hallarda mümkün olmurdu. Əvvəlki dövrdə ekrandan təsvirlər itirdi, rəqəmli teleyayımın tətbiqi bu problemi aradan qaldıracaq. Eləcə də səs daha yüksək effektlə və keyfiyyətlə canlandırılacaq. Bir məsələni qeyd edim ki, rəqəmli yayımda ümumiyyətlə pis təsvirlər olmur. Analoq yayımda bəzi hallarda kölgələr yaranırdı, təsvirlər itirdi, konturlar şəklində əlavə təkrarlar görünürdü, əsas təsvirin yanında az kontrastlığa malik ikinci bir təsvir yer alırdı. Bu kimi problemlər rəqəmli teleyayımda yoxdur. Rəqəmli televiziya yayımının qəbulunda təkrarlar görünmür. Rəqəmli teleyayımda görüntülər ya yüksəfk keyifyyətə malik olur, ya da ümumiyyətlə olmur”.
İ.Məmmədov onu da vurğulayıb ki, rəqəmli televiziya yayımına keçid regionlarımızda hər hansı bir problem yaratmayacaq. Bölgələrdə bununla bağlı bütün infrastrukturların yaradıldığını bildirən İ.Məmmədov hazırda ölkə ərazisində 135 yayımvericinin işlədiyini diqqətə çatdırıb: “Əhalinin rəqəmli televiziya ilə əhatə dairəsi 99 faizdir. Bu baxımdan qəti şəkildə bildirmək olar ki, bölgələrimizdə verici şəbəkələrdə heç bir problem yaranmayacaq. Region kanallarımız da demək olar ki, rəqəmli yayıma keçid işlərini tamamlayıblar. Ən sonuncu Mingəçevir televiziyası idi ki, onlar da artıq öz işlərini tamamlamaq üzrədir və rəqəmli yayıma keçirlər. Regionlarımızda fəaliyyət göstərən bütün televiziyalar dekabrın 1-nə qədər rəqəmli yayıma keçmək üçün hazır vəziyyətdə olacaqlar”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

