“Qəhrəmanlar unudulmur” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
15.10.2016 [10:37]
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Xətai rayon Gənclər və İdman İdarəsi və Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüşlərinin təşkili” layihəsi və 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Xətai rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Qəhrəmanlar unudulmur” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.
Tədbirə Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seidova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Fuad Salahov, müsabiqədə iştirak etmiş şagirdlər qatılıblar.
Tədbiri giriş sözü ilə açan Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seidova layihə haqqında ətraflı məlumat verib. O, layihənin əsas məqsədinin yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği, vətənə sevgi və sədaqət hisslərini aşılamaq, həmçinin layihə vasitəsilə milli qəhrəmanlarımız və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu haqqında yeniyetmə gəncləri məlumatlandırmaq olduğunu qeyd edib.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Fuad Salahov çıxışında torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş ölkə olaraq Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsinin ən aktual mövzulardan biri olduğunu bildirib.
Daha sonra çıxış edən Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov bu cür tədbirlərin yeniyetmə və gənclərin vətənə sədaqət ruhunda böyüməsi, onlarda dövlət və vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsi sahəsində məsuliyyətin artırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini və bu tədbirlərin Xətai rayonunda uğurla həyata keçirildiyini vurğulayıb.
Sonra çıxış edən layihə iştirakçıları mövzu ilə əlaqədar öz təəssüratlarını paylaşıblar.
Sonda qaliblər diplomla mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxİdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04

