UNEC-də differensial əməkhaqqı sisteminin nəticələri açıqlanıb
17.09.2016 [10:18]
Sentyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əməkhaqqı sisteminin 2015/16-cı tədris ili üzrə nəticələri ictimaiyyət nümayəndələrinə açıqlanıb.
AZƏRTAC xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov differensial əməkhaqqı sistemi barədə məlumat verərək bildirib ki, Türkiyə, ABŞ, Avropa və Rusiya universitetlərinin təcrübəsinə əsaslanan sistem universitetdə ötən tədris ilindən tətbiq edilir.
Qeyd olunub ki, sistemin tətbiqi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilir. Əməkhaqlarına differensial əlavələrin edilməsinin məqsədi pedaqoji heyətin motivasiyasının təmini və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçirilib. Mütəmadi olaraq hər ay üzrə differensial əməkhaqqı sistemi əsasında müəllimlərin, kafedra və fakültələrin reytinq siyahısı universitetin rəsmi saytında yerləşdirilib.
Rektor bu ildən başlayaraq hər tədris ilində - sentyabrın 1-dən iyunun 30-dək toplanan ballara əsasən müəllimlərin əməkhaqlarına əlavələr olunacağını bildirib. O deyib: “Əlavələr mövcud əməkhaqqının 1,2 - 2 misli qədər nəzərdə tutulub. İlk onluğa daxil olan müəllimlərimizin maaşı iki dəfə, 11-30 onluğuna daxil olan müəllimlərin maaşı 1,7 dəfə, 31-60 onluğun daxil olan müəllimlərin maaşı 1,5 dəfə, sonuncu 61-100 onluğuna daxil olan müəllimlərin maaşı isə 1,3 dəfə artırılacaq. Differensial əməkhaqqı sistemində müəllimlərlə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən edilir”.
Universitetin yeni layihələrindən söz açan rektor vurğulayıb ki, UNEC 2016/2017-ci il tədris ilində üç layihəyə start verəcək. Birinci layihə -”Lider müəllim+Lider universitet” layihəsi çərçivəsində müxtəlif nominasiyalarla 10 lider müəllim seçiləcək. “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsi əsasında müəllimlərin fəaliyyəti haqqında tələbələrin fikirlərinə üstünlük veriləcək. Üçüncü layihəyə əsasən, 2016/2017-ci il tədris ilində İqtisad Universitetində tədris valideynlərə açıq olacaq. Onlar övladlarının bütün dərslərində iştirak edə və fikirlərini bölüşə biləcəklər.
UNEC-in müəllimlərinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyası sədrinin müavini Elşən Bağırzadə sistemin işləmə mexanizmini təqdim edib.
Bildirilib ki, pedaqoji heyət il ərzində xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatları xüsusi proqram təminatı vasitəsilə sistemə daxil edib. Məlumatlar müəllimlərin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyanın ekspertizasından keçib. Hər müəllim müəyyən bir kafedra və fakültəyə aid olduğundan, sistem onların illik xidməti fəaliyyət ballarına uyğun olaraq, UNEC üzrə kafedra və fakültələrin də reytinq siyahılarını hazırlayıb.
Təqdimatdan sonra ictimaiyyət nümayəndələrinin sualları cavablandırılıb.
Sonda online rejimdə differensial əməkhaqqı sisteminin nəticələri açıqlanıb. Sistemdə statistik göstəricilər üzrə müəllimlərin ilk yüzlüyü, fakültə və kafedraların reytinq siyahısı yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

