X Bakı Yay Enerji Məktəbi başa çatıb
23.07.2016 [10:17]
İyulun 22-də “ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin təşkil etdiyi X Bakı Yay Enerji Məktəbinin bağlanışına həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), BP, ExxonMobil şirkətlərinin dəstəyi ilə keçirilən bu təlim proqramına 17 ölkədən 46 dinləyici qatılıb. Təlim müddətində onlar Azərbaycanın və Xəzəryanı dövlətlərin enerji siyasəti barədə məlumatlandırılıblar. Mühazirələri yüksək səviyyəli rəsmilər və nüfuzlu təhlilçilərdən ibarət ekspertlər qrupu oxuyub. Proqram, həmçinin enerji sahəsində fundamental anlayışlar və terminlər, hüquqi baza, neft və qaz hasilatının Xəzəryanı bölgənin beynəlxalq münasibətlərinə, eləcə də ətraf mühitə təsiri, təbii resursların səmərəli idarə edilməsi kimi vacib mövzuları əhatə edib. İştirakçılar əldə etdikləri bilikləri interaktiv məşğələlərdə sınayıblar.
Tədbirdə çıxış edən “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev belə bir layihənin həyata keçirilməsinin vacibliyini qeyd edib. Rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətindən danışan rektor Bakı Yay Enerji Məktəbinin “ADA” Universitetinin həyata keçirdiyi ilk təlim proqramlarından biri olduğunu söyləyib. Vurğulayıb ki, bu layihə iştirakçılara Azərbaycanda enerji sahəsinin müxtəlif istiqamətləri, habelə ümumilikdə müvafiq sektorun xüsusiyyətləri barədə biliklər aşılayıb.
Xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə mühazirə ilə çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən enerji siyasətinin müxtəlif aspektlərinə toxunub. Nazir regionda reallaşdırılan enerji layihələrində Azərbaycanın aparıcı rolunu qeyd edib.
Tədbir iştirakçılarını maraqlandıran suallara cavab verən nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin həlli istiqamətində aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı məqamlara da toxunub.
“ADA” Universitetinin hər yay keçirdiyi Bakı Yay Enerji Məktəbinin məzunlarının sayını 54 ölkədən 500 nəfərə çatacaq. Proqramın məqsədi Azərbaycanın qlobal səhnədəki mövqeyini vurğulamaq, bölgənin enerji sənayesi ilə bağlı zəngin biliklərə malik mütəxəssislərin sayını artırmaqdır.
Sonda X Bakı Yay Enerji Məktəbinin məzunlarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Yay Enerji Məktəbi çərçivəsində iştirakçılar Səngəçal neft terminalı, “Təmiz Şəhər” ASC-nin tullantıların yandırılması və çeşidlənməsi zavodlarında olub, Milli Azərbaycan Tarixi Muzeyi, Nobel qardaşlarının ev-muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya edərək Azərbaycanın neft tarixi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49

