/ / Gəncədə “Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət” mövzusunda konfrans keçirilib
Gəncədə “Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət” mövzusunda konfrans keçirilib
19.07.2016 [09:59]
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) iyulun 18-də Gəncə şəhərindəki “Ramada palas”da “Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət” mövzusunda konfrans keçirib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov konfransın Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə “Yeni Hədəflərə Doğru” Vətəndaş Həmrəyliyinin gücəndirilməsi çərçivəsində keçirildiyini diqqətə çatdırıb.
Rufiz Qonaqov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, həmçinin Bakıda keçirilən Formula-1 Avropa Qran Pri yarışı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat verib.
Natiq Azərbaycan Respublikasının son zamanlar həyata keçirdiyi genişmiqyaslı və fundamental islahatlardan söz açaraq qeyd edib ki, Açıq Hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planının təsdiqlənməsi, Elektron Hökumət portalının, “ASAN xidmət”in yaradılması, gömrük sistemində bir pəncərə prinsipinin tətbiq olunması aparılan islahatların tərkib hissəsidir. Rufiz Qonaqov bildirib ki, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda yerli QHT-lərin vəzifələri müəyyənləşməli, həyata keçirilən islahatlara vətəndaş cəmiyyətinin dəstəyi gücləndirilməlidir. Rufiz Qonaqov əlavə edib ki, üç ay davam edən tədbirlər çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçirilir. Bundan başqa, Facebook sosial şəbəkəsində “İnkişaf Qrupu”, eləcə də, “Ağ Yol” qrupunda, təşkilatın eyniadlı səhifəsində sosial, iqtisadi, siyasi və s. islahatların əhəmiyyətini özündə əks etdirən məlumatlar paylaşılır.
Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə Həsənova çıxışında Gəncənin Azərbaycan üçün əhəmiyyətindən, bu şəhərdə aparılan islahatlardan, mədəni tədbirlərdən danışıb. O, qeyd edib ki, Azərbaycanda aparılan iqtisadi və siyasi islahatlar əhalinin sosial durumunun yüksəlməsinə, dövlətimizin güclənməsinə xidmət edir.
Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin KİV-lərələ iş üzrə baş məsləhətçi Kənan Məmmədov çıxış edərək bildirib ki, ölkədə aparılan iqtisadi islahatlar Gəncə şəhərindən də yan keçməyib: “Gəncə şəhərində aparılan quruculuq-abadlıq işləri ümumi inkişafın bariz nümunəsidir. Bu tərəqqi, müsbət dəyişikliklər əhalinin gündəlik güzəranında da hiss olunur. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanda daha sürətli iqtisadi-sosial inkişafın şahidi olacağıq”.
Gənclər üzrə Təhsil Mərkəzinin Gəncə nümayəndəliyinin rəhbəri Aygün Həsənzadə çıxışında bildirib ki, Azərbaycan müstəqillik illərində demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib: “Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik mövcuddur. Məhz bunun nəticəsidir ki, Azərbaycan son illərdə əsaslı iqtisadi, siyasi, mədəni islahatlara müəlliflik edir. Azərbaycanda iqtisadi inkişafla bağlı siyasi sabitlik mövcuddur. Bütün sahələrdə islahatlar aparılır. Gənclərlə bağlı uğurlu dövlət strategiyası var. Gəncə-2016 Avropa Gənclərinin Paytaxtı elan olunub. Azərbaycanın Qərb bölgəsində kifayət qədər aktiv, istedadlı gənclər var. Biz həmin gənclərlə sıx işləməliyik”.
MDB Parlamentlərarası Assambleyasının eksperti Muxtar Əsədov Azərbaycanda iqtisadi islahatlar və vətəndaş cəmiyyətinin buna münasibəti haqda danışıb. Onun sözlərinə görə, Azərbaycanda xarici və daxili siyasət düzgün aparılır, maliyyə, makro-iqtisadi siyasət dəqiq ölçülüb-biçilib: “Bu gün ölkədə əldə olunan uğurlar, inkişaf aparılan istisadi islahatların nəticəsidir. TANAP, TAP, Cənub Qaz Dəhlizi, yeni dəmiryolu xətlərinin çəkilməsi ciddi iqtisadi hadisələrdir. Bu layihələr ölkəmizin dünyadakı siyasi mövqeyini daha da gücləndirir. İri neft-qaz layihələrinə müəlliflik edən Azərbaycan Avropanın çox ciddi tərəfdaşlarından birinə çevrilib. Sözsüz ki, bu, gələcəkdə Azərbaycanın daha böyük layihələri reallaşdırmasına stimul yaradır”.
“Gələcəyə Körpü” GİB-in beynəlxalq əlaqələr üzrə koordinatoru Hüseynxan Hacızadə dövlətin gənclər siyasəti haqda geniş çıxış edərək bildirib ki, aparılan siyasət vətəndaşın inkişafına xidmət edir: “Vətəndaşın inkişafı, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində görülən işlər sonda Azərbaycanın dövlət olaraq güclənməsinə xidmət edir”.
“Odlar Yurdu” GİB-nin baş katibi Təhminə Cəfərova qeyd edib ki, Azərbaycanda cəmiyyət ilə dövlət arasında həmrəylik mövcuddur: “Biz dəfələrlə bu həmrəyliyin şahidi olmuşuq. Bu gün dünyada Azərbaycanın inkişafında maraqlı olmayan qüvvələr var. Amma Azərbaycan dövləti bütün maneə və təzyiqlərə baxmayaraq, inamla inkişaf edir, müstəqil xarici siyasət yürüdür. Azərbaycan gəncliyi bu məsələlərdə birmənalı şəkildə Azərbaycan dövlətinin yanındadır”.
Konfrans müzakirələrlə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

