Bakı Ali Neft Məktəbi Malayziya ilə əlaqələr yaradır
01.07.2016 [10:03]
Malayziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Roslan Abdul Rahman Bakı Ali Neft Məktəbində (BANM) olub və ali məktəbin rektoru Elmar Qasımov və professor-müəllim heyəti ilə görüş keçirib. Görüş zamanı BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. Hər iki ölkənin ortaq dəyərlərinin mövcudluğunu vurğulayan rektor xüsusilə ali təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. Neft-qaz, kimya, avtomatika və digər müvafiq sahələrdə yerli və beynəlxalq əmək bazarının ən müasir tələblərinə cavab verən yüksəkixtisaslı kadr hazırlığında ali məktəbin rolunu qeyd edən E.Qasımov tələbələrimiz üçün nəzəri biliklərlə yanaşı, praktik təcrübənin də əhəmiyyətini vurğulayaraq bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin tələbələr üçün yaratdığı təcrübə imkanlarından bəhs edib. O, Malayziyanın Azərbaycanda fəaliyyət göstərən Petronas şirkətinin də bu sahədə mühüm töhfə verə biləcəyini bildirib.
E.Qasımov bir çox digər sahələrlə yanaşı, xüsusilə informasiya-kommunikasiya texnologiyaları və kompüter mühəndisliyi sahələrində Malayziya Elm və Texnologiya Universiteti və Petronas Texnologiya Universiteti ilə əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını deyib. Rektor, həmçinin BANM-in artıq əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edərək malayziyalı tələbələrin ali məktəbdə təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Səfir Roslan Abdul Rahman ali məktəbdə olmasından məmnunluğunu ifadə edərək səmimi qəbula görə rektora minnətdarlığını bildirib. O, Malayziya və Azərbaycan arasında xüsusilə təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanların olduğunu və səfirliyin ikitərəfli münasibətlərin qurulması istiqamətində hərtərəfli dəstək göstərəcəyini deyib.
Sonda səfirə BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40

