Məktəblilər nağıl qəhrəmanlarını canlandırıblar
17.05.2016 [10:09]
Mayın 16-da Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Biz nə oxuyuruq” layihəsi çərçivəsində “Nağıllar aləminə səyahət” mövzusunda ədəbi-musiqili kompozisiya keçirilib. Tədbir Azərbaycan Respublikası təhsil nazirinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə əsasən keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Yuliya Kərimova tədbirin əhəmiyyətindən danışıb, uşaqların çıxışını yüksək dəyərləndirib, onlara daha böyük uğurlar arzulayıb.
Tədbirin təşkilatçısı, məktəbin müəllimi Sevda Əliyeva kompozisiyanın təşkilində əməyi olanlara minnətdarlığını bildirib. Qeyd olunub ki, tədbirin keçirilməsinin məqsədi uşaqlar arasında kitaba marağı artırmaq, mütaliə vərdişini yaratmaq, uşaqlar arasında dostluq və yoldaşlığı təbliğ etmək, onların nitq bacarığı və intellektual səviyyələrini inkişaf etdirməkdir.
Kompozisiya “Altun kitab evi”ndə çapdan çıxmış “Mənim ilk kitabım” seriyasından olan nağıl kitabları əsasında təşkil edilib. Məktəbin birinci sinif şagirdləri sinifdənkənar oxu dərsində oxuduqları doqquz nağıl kitabı - “İtin dostluğu”, “Çətin iş”, “Şir və siçan”, “Çil toyuq və siçan balaları”, “İki ayı balası”, “Göydən qoz yağır”, “Tənha qu quşu”, “Sehrli torba” və “Ağac - hər dərdə əlac “ kitabları əsasında səhnəciklər hazırlayıblar.
Şagirdlərin nağıllar əsasında hazırladıqları əl işləri də nümayiş etdirilib.
Sonda “Biz nə oxuyuruq” layihəsində fəal oxucu kimi fərqlənən şagirdlərə xüsusi diplomlar təqdim olunub.
Tədbirdə “Altun kitab evi”nin nümayəndələri, KİV-lərin təmsilçiləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

