Qusar rayonunun qəsəbə və kəndlərində sakinlərin tibbi müayinəsi müvəffəqiyyətlə davam edir
08.04.2016 [09:26]
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Qusar rayonunda fevralın 15-dən etibarən 35 minə yaxın sakin müayinə olunub.
Qusar mərkəzi rayon xəstəxanasının baş həkimi Mübariz Zeynalov AZƏRTAC-a müsahibəsində kampaniyanın müvəffəqiyyətlə davam etdiyini deyib.
Mübariz Zeynalov bildirib ki, rayon mərkəzində dispanserizasiya tədbirləri artıq başa çatdırılıb. Hazırda rayonun qəsəbə və kəndlərində sakinlərin tibbi müayinəsi həyata keçirilir.
Rayonunun ən böyük yaşayış məntəqələrindən olan Samur qəsəbəsində və ətraf kəndlərdə 3 mindən çox əhali yaşayır. Bu vaxta kimi qəsəbədəki xəstəxanada 1800-dən çox sakin müayinə olunub.
Samur qəsəbə sahə xəstəxanasının baş həkimi Nəriman Osmanov AZƏRTAC-a müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkar olunmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib.
Baş həkimin sözlərinə görə, keçirilən müayinələr zamanı daha çox ürək, qan-damar və tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən vətəndaşlar müəyyənləşdirilib. Ehtiyac yarandıqda vətəndaşlar kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən keçirilib. Müayinə olunan sakinlərdən bəziləri müalicə üçün Bakı şəhərinin müxtəlif ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriliblər.
Mayın 15-dək davam edəcək tibbi müayinələrə rayonun bütün sakinlərinin cəlb olunması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

