Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
29.03.2016 [11:03]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Qusar şəhərinin su təchizatı və kanalizasiya sisitemlərinin yenidən qurulması” layihəsi üzrə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19,6 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması nəzərdə tutulub. Layihə çərçivəsində Qusar rayonunun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Xuray və Quba rayonunun Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərində yaşayan 12 min nəfərin də içməli su təchizatı yaxşılaşdırılacaq. Ümumilikdə layihədən 32 min nəfərə yaxın sakin faydalanacaq.
Mərhələli şəkildə həyata keçirilən layihənin icrasına 2012-ci ilin aprel ayında başlanılıb. Birinci mərhələdə su mənbəyində - Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8813 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilib, 17,4 km uzunluğunda magistral su xətti çəkilib. Qusar şəhərini və ətraf kəndləri dayimi su ilə təmin etmək məqsədi ilə hər birinin tutumu 1000 kubmetr olan 3 ədəd su anbarı, 2,8 km uzunluğunda anbarlararası su xətti və yeni xlorator binası inşa olunub.
Layihənin ikinci mərhələsində Qusar şəhərində su və kanalizasiya şəbəkələrinin yaradılması nəzərdə tutulur. Şəhər üzrə layihələndirilmiş 103 km içməli su şəbəkəsinin 71 km-lik hissəsi inşa edilib, 2711 ünvana birləşmə verilib. Hazırda su şəbəkəsi ilə paralel olaraq şəhərdə kanalizasiya infrastrukturu da yaradılır. Layihədə nəzərdə tutulan 106 km kanalizasiya şəbəkəsinin 93 km-lik hissəsində işlər yekunlaşıb, 4685 ünvana ev birləşməsi verilib.
Qusar şəhərində yaranacaq çirkab suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən çirkab sutəmizləyici qurğuda təmizlənəcək. Tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə inşa edilən kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Bu qurğuda Qusar şəhəri ilə yanaşı, Quba və Xaçmaz şəhərlərinin də tullantı suları təmizlənib zərərsizləşdiriləcək.
Qeyd edək ki, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar şəhəri ilə yanaşı, Naftalan, Xaçmaz, Xızı, Qobustan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Hazırda bu şəhərlərdə tikinti-quraşdırma işləri davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12

