“Banking Baku” jurnalının və saytının təqdimat mərasimi keçirilib
18.03.2016 [09:44]
Dünən “Banking Baku” jurnalının və saytının təqdimat mərasimi keçirilib. Mərasimdə giriş sözü ilə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni ölkəmizdə vətəndaş cəmiyyətinin inkişaf etdiyini bildirib. O deyib ki, hazırda Azərbaycanda minlərlə qeyri-hökumət təşkilatı və kütləvi informasiya vasitələri fəaliyyət göstərir. R.Zeyni qeyd edib ki, “Davamlı inkişaf təşəbbüsləri” İctimai Birliyi də fəal QHT-lərdən biridir və onun sədri Aysel Quliyevanın rəhbərliyi ilə “Banking Baku” jurnalı fəaliyyətə başlayıb. Onun sözlərinə görə, jurnal aktual mövzulara həsr olunur: “Bilirsiniz ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf edən ölkə kimi dünyanın diqqət mərkəzindədir. “Banking Baku” jurnalının da məqsədi iqtisadi inkişafımızı, maliyyə-bank sistemində vəziyyəti oxucuların, ictimaiyyətin diqqətinə çatdırmaqdır. Hesab edirik ki, banklarla əhali arasında münasibətlərin inkişafı baxımından da bu jurnal körpü rolunu oynayacaq”.
“Davamlı inkişaf təşəbbüsləri” İctimai Birliyinin sədri, “Banking Baku” jurnalının baş redaktoru Aysel Quliyeva mərasim iştirakçılarını salamlayaraq jurnalın məqsədləri barədə məlumat verib. O qeyd edib ki, jurnalın və saytın əsas məqsədlərindən biri bankların sosial məsuliyyəti ilə yaranacaq vətəndaş-bank münasibətlərində maarifləndirmə rolunu oynamaq, həmçinin bu sahədə yaranan münasibətlərə mütəxəssislər tərəfindən rəylər verilməsi və aydınlıq gətirilməsidir: “Eyni zamanda, dünya maliyyə-bank sektorunda baş verən dəyişikliklər, yeniliklər barədə Azərbaycan oxucusuna operativ məlumat vermək, mövcud vəziyyəti ekspertlər səviyyəsində təhlil etmək, bu sektora Azərbaycan vətəndaşlarının çıxış imkanlarına dəstək verməkdir. Jurnalımızın və saytımızın yaranmasını zəruri edən digər səbəb isə Azərbaycanın qeyri-neft sektorunun sürətli inkişafı və bununla bağlı xarici iş adamlarının, investorların ölkəmizə göstərdiyi marağın artmasıdır. Hər bir iş adamı biznes qurmaq istədiyi ölkədə münbit iqtisadi investisiya şəraitinin olmasını ilk növbədə bank sektorunun səviyyəsi ilə dəyərləndirir. Azərbaycanda bank sektorunun vəziyyəti, bu sahədəki qanunçuluq, yeniliklər və s. məlumatları özündə əks etdirəcək jurnalımız və saytımız ölkəmizin bank sektoru ilə xarici iş adamları arasında məlumat körpüsü rolunu oynamaq arzusundadır”.
Daha sonra “Banking Baku” jurnalının və saytının geniş təqdimatı olub.
Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev jurnalın kollektivinə uğurlar arzulayıb. Azərbaycanın iqtisadi baxımdan yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən M.Musayev bu mərhələdə sahibkarların üzərinə də mühüm vəzifələrin düşdüyünü bildirib. Onun sözlərinə görə, bu prosesdə KİV-lər də fəal iştirak etməlidir: “KİV-lər görülən işləri geniş təbliğ etməlidir. Bu baxımdan, “Banking Baku”nun nəşrə başlaması çox əhəmiyyətlidir. Çünki bu jurnal iqtisadiyyat, bank-maliyyə sektoru ilə əlaqədar fəaliyyət göstərəcək. Mən jurnalın kollektivinə uğurlar arzulayıram və təşkilatımız bu prosesdə kollektivə dəstək verməyə hazırdır”.
Milli Məclisin deputatı Şəmsəddin Hacıyev “Banking Baku” jurnalının ilk sayını yüksək qiymətləndirib və onun aktual mövzulara həsr olunduğunu bildirib. Hazırda dünyada mürəkkəb qlobal proseslərin baş verdiyini deyən Ş.Hacıyev maliyyə-iqtisadi böhranının bir çox ölkələrə ciddi təsir göstərdiyini qeyd edib: “Azərbaycan bu böhrandan az itkilərlə çıxan ölkədir. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində bu mərhələdən də uğurla çıxacağımıza inanırıq”.
Maliyyə-bank sisteminin iqtisadiyyatın qan-damar sistemi olduğunu deyən millət vəkilinin sözlərinə görə, “Banking Baku” jurnalının bu mövzuya həsr olunması əhəmiyyətlidir.
“Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayev çıxışında bank sisteminin iqtisadiyyatda rolundan bəhs edib və Azərbaycanda bu sahənin inkişaf etdiyini deyib. E.İsayev yeni nəşrə başlayan “Banking Baku” jurnalının bankların fəaliyyətini ölkə ictimaiyyətinə geniş şəkildə təqdim edəcəyinə inandığını bildirib.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov ölkəmizdə xeyli sayda jurnalın nəşr olunduğunu deyib. Onun sözlərinə görə, “Banking Baku” nəşrə başlamaqla KİV ailəsinə daxil olur: “Ölkəmizdə bir sıra jurnallar nəşr olunur ki, ölkəmizin beynəlxalq müstəvidə təbliğ olunmasında mühüm rol oynayır. İnanırıq ki, “Banking Baku” da belə nəşrlərdən olacaq”.
Tədbirdə həmçinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və millət vəkili İlham Məmmədov çıxış edərək yeni nəşrə başlayan “Banking Baku” jurnalının kollektivinə uğurlar arzulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09

