Ölkə əhalisinin 85 faizi siyahıya alınıb
22.04.2009 [15:31]
Bu gün siyahıyaalmanın sonuncu günüdür. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyun 2006-cı il tarixli Fərmanına əsasən, 2009-cu il aprel ayının 13-dən Azərbaycan əhalisinin növbəti siyahıyaalınması keçirilir. Artıq ölkə əhalisinin 85 faizi siyahıya alınıb. Lakin bu gün kampaniyanın keçirilməsi üçün əvvəlcədən elan edilən on günün başa çatmasına baxmayaraq, siyahıyaalma hələ 4 gün də davam edəcək. Dövlət Statistika Komitəsi Aparatının rəhbəri Ziyad Abbasəliyevin sözlərinə görə, aprelin 26-dək sayıcılar nəzarət gəzişi edəcək. Növbəti 4 gün ərzində sayıcılar diqqətdən kənarda qalan mənzillərə baş çəkəcəklər.
Qeyd edək ki, siyahıyaalma ölkə əhalisinin tərkibi, onun dəyişməsi və kimlərdən ibarət olması haqqında geniş məlumatların əldə edilməsinə imkan verən yeganə və genişmiqyaslı dövlət tədbiridir. Bu tədbir müəyyən ərazinin bütün əhalisini əhatə edir. Əhalinin hər bir fərdi barədə siyahıyaalma proqramı əsasında toplanan informasiyalar fərdi qaydada, adbaad toplansa da, sonradan şəxssizləşdirilir və yalnız toplu, ümumiləşdirilmiş şəkildə istifadə olunur. Siyahıyaalınma əhalini faktiki yaşadığı yerdə sorğu etməklə keçirilir. Adamlar iş, yaxud qulluq yerində deyil, qeydiyyatından və mənzil sahəsinə hüququndan asılı olmayaraq faktiki yaşadığı yerdə siyahıya alınır. Siyahıyaalma vərəqəsinə əhalinin dəqiq hesablanması üçün çox vacib sayılan suallar daxil edilib. Onlardan 29-nun cavabları ev təsərrüfatı üzvlərinin hamısı üçün, mənzil şəraitinə aid olan 6 sual isə yalnız ev təsərrüfatında birinci yazılmış şəxs üçün qeyd edilir.
Onu da xatırladaq ki, ölkəmizin xaricdəki diplomatik, ticarət və digər nümayəndəliklərində işləyən, təhsil almaq və digər məqsədlər üçün xaricdə yaşayan Azərbaycan vətəndaşlarını və onlarla yaşayan ailə üzvlərini xaricdəki səfirliklərimiz və konsulluqlarımız siyahıya alacaqlar. Əgər onlar xaricə qısamüddətli məzuniyyətə, ezamiyyətə, yaxud turist səfərinə gedibsə, Azərbaycandakı evlərində siyahıya alınacaqlar. Siyahıyaalma dövründə Azərbaycanda yaşayan bütün əcnəbi vətəndaşlar da ölkəmizdə müvəqqəti yaşayanlar kimi siyahıya alınacaqlar.
Statistika Komitəsində aparılacaq təhlildən sonra siyahıyaalmanın yekunları bəlli olacaq.
Ruhiyyə DAŞSALAHLI
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30

