/ / Füzulidə rayon əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilə bilər
Füzulidə rayon əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilə bilər
04.02.2016 [10:11]
Azərbaycan Milli Məclisi sədrinin müavini Bahar Muradova fevralın 3-də Horadiz şəhərində Füzuli rayon ictimaiyyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Ümummilli lider Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Muğam Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, rayon fəalları, sahibkarlar iştirak ediblər. Görüşdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar, nəzərdə tutulan tədbirlər barədə ətraflı bəhs olunub.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, Füzuli rayonunda yerli əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı üçün lazımi şərait var. Münbit torpaqlar və suvarma suyu ilə təminat onu deməyə əsas verir ki, rayon əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilə bilər. Odur ki, bütün qüvvələr bu istiqamətdə səfərbər edilməli, kənd təsərrüfatı məhsullarının istehsalı artırılmalıdır. Qarşıda duran digər vəzifə isə rayon ərazisində sənaye parkının yaradılmasıdır.
Milli Məclis sədrinin müavini Bahar Muradova Prezidentin tapşırığı ilə bölgələrdə keçirilən görüşlərin əsas məqsədinin problemləri öyrənib həllinə nail olmaq olduğunu bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev, ilk növbədə, atılacaq addımların qanunvericilik əsaslarının yaradılmasının vacibliyini vurğulayıb. Bu məqsədlə yeni dövrün islahatlarını aparmaq üçün layihə hazırlanıb Milli Məclisə təqdim edilib. Bunlar investisiyaların təşviqini, kənd təsərrüfatının inkişafını, iqtisadi proseslərin həyata keçirilməsinə maneçilik törədən müdaxilələrin aradan qaldırılmasını, sahibkarların azad şəkildə fəaliyyət göstərməsini tənzimləyən qanunvericilik dəyişiklikləridir.
Milli Məclis sədrinin müavini rayon iqtisadiyyatının inkişaf etdirilməsi, ərzaq məhsullarına tələbatın ödənilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması məsələlərinə də toxunub. Bildirib ki, kənd təsərrüfatı və sahibkarlıq daha da inkişaf etdirilməli, torpaqlardan səmərəli istifadə olunmalı, sahibkarlar rayon iqtisadiyyatının inkişafına cəlb edilməli, iri təsərrüfatlar yaradılmalıdır.
Bahar Muradova ictimaiyyət nümayəndələrindən, sahibkarlardan rayonun inkişafı üçün təkliflər vermələrini, problemlərin həlli yollarının müzakirəsində fəal olmağa çağırıb.
Tədbirdə çıxış edən “Kraun KO 1” MMC-nin direktoru Elvüsal Mahmudov deyib ki, taxıl və toxum istehsalı sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə 2015-ci ildə Füzuli rayonu ərazisində yaradılan cəmiyyətin 11 min 789 hektar sahəsi var. 10 min hektar sahədə şum işləri aparılaraq toxumluq taxıl sortları əkilib. 2015-2016-cı il taxıl istehsalı dövründə əksəriyyəti məcburi köçkünlər olmaqla, 400 nəfərə yaxın insan işlə təmin edilib. Sahibkar buğda anbarlarının, inzibati binaların tikintisi və kommunikasiyaların quraşdırılması üçün müvafiq orqanlardan rəy alınmasına kömək göstərilməsini xahiş edib.
Toxumçuluq və tərəvəzçiliklə məşğul olan sahibkar Aydın Hüseynov isə rayonda 5 min tonluq meyvə-tərəvəz anbarının inşa edildiyini diqqətə çatdırıb. O, bölgələrdə kənd təsərrüfatı məhsullarının tədarükü müəssisələrinin yaradılmasını təklif edib.
Görüşdə digər çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, rayonda un dəyirmanının tikintisi, pambıqçılığın inkişafı, qum-çınqıl istehsalı müəssisənin yaradılması ilə bağlı təkliflər irəli sürüblər.
Milli Məclis sədrinin müavini Bahar Muradova səsləndirilən müraciət və təkliflərin qeydiyyata alındığını, onların həllinə kömək göstəriləcəyini bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

