/ / Azərbaycanda multikulturalizmin siyasi və hüquqi bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub
Azərbaycanda multikulturalizmin siyasi və hüquqi bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub
11.12.2015 [10:02]
Dekabrın 10-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev fenomeni və Azərbaycan multikulturalizmi” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov bildirib ki, multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub. Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir. Əsrlər boyu Azərbaycanda insanlar multikultural və tolerantlıq şəraitində yaşayıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi və hüquqi banisidir. Həm Azərbaycan Konstitusiyasında, həm də bir çox qanunlarda Azərbaycan multikulturalizmini əks etdirən bir çox müddəalar yer alıb.
Vurğulanıb ki, multikulturalizm siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir.
A.Məmmədov Mərkəzin yaranmasının əsas məqsədlərindən birinin Azərbaycandakı multikulturalizm və tolerantlıq ənənələrini dünyaya tanıtmaq olduğunu qeyd edib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Əlikram Abdullayev, Milli Məclisin deputatı Mixail Zabelin, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda Azərbaycan xalqının tarixən mədəni yaşam tərzinə, əxlaqi dəyərlərə və yüksək mənəvi keyfiyyətlərə sahib olduğu vurğulanıb. Qeyd olunub ki, məhz bu səbəbdən ölkəmizdə bütün xalqların nümayəndələri tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıb və yaşamaqdadırlar. 1990-cı illərin əvvəllərində böhranlı dövrdə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin formalaşdırmağa başladığı müasir müstəqil Azərbaycan dövlətinin əsas ideologiyasının təməllərindən biri ölkədəki bütün dinlərin və millətlərin nümayəndələrinə hörmətlə yanaşılmasıV dini azadlıqların qorunması və tolerantlıq dəyərlərinin bərqərar olması idi.
Tədbirdə Avropa yəhudilərinin Bakı icmasının sədri Gennadi Zelmanoviç, Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev və digər dini konfessiyaların təmsilçiləri Azərbaycanda yaradılan tolerant mühitdən və azadlıqlardan danışaraq, bunun başqa ölkələr üçün bir model olduğunu vurğulayıblar. Çıxış edənlər Azərbaycanda dövlətin multikulturalizm siyasəti nəticəsində bütün konfessiyaların nümayəndələrinin sülh və qardaşlıq şəraitində yaşadıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

