“Azərbaycan ailəsi-2015” film festivalının qalibləri mükafatlandırılıblar
07.11.2015 [10:14]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi-2015” VII film festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində festivalın təntənəli bağlanış mərasimi keçirilib.
“Azərbaycan ailəsi” film festivalına 2014-cü il dekabrın 24-də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin akt zalında professor, incəsənət xadimlərinin və tələbələrin iştirakı ilə start verilib. Artıq ikinci ildir ki, film festivalı çərçivəsində “Həyatdan şəklə” adlı fotomüsabiqə də keçirilir. Bu il “Azərbaycan ailəsi” film festivalı müsabiqəsində 24 iştirakçı tərəfindən təqdim olunmuş 30 film və 94 fotoşəkil iştirak edir, bunlardan 9-u xarici filmdir.
Təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər 6 nominasiya üzrə (“Ən yaxşı film”, “Ən yaxşı tələbə işi”, “Ən yaxşı xarici film”, “Ən yaxşı TV layihəsi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı fotoşəkil”) müəyyən edilib. Əsas mükafatlara uyğun olaraq, müvafiq dövlət qurumları tərəfindən 12 film və 5 fotoşəkil xüsusi fərqlənən iş kimi qiymətləndirilib.
Festivalın əsas məqsədi kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə və milli-mənəvi dəyərlərin gənclər arasında təbliğidir. Əsas hədəflərdən biri də cəmiyyətdə bu istiqamətdə mövcud olan problemləri işıqlandırmaqla onların həlli yollarının axtarılması və ailə institutunun daha da güclənməsinə nail olmaqdır. Bu filmlərdə müsbət keyfiyyətlərlə yanaşı, vacib problemlər - erkən nikah, uşaqların, xüsusilə, qızların təhsildən yayınması, insan alveri, ailənin psixoloji vəziyyəti, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə reinteqrasiyası də öz əksini tapıb.
Mərasimdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib.
Sonra AQUPDK-nın sədri, professor Hicran Hüseynova çıxış edərək deyib ki, dövlətimizin demokratik və stabil inkişafı bütövlüklə ölkəmizin nüfuzunun artmasına səbəb olub. Əlbəttə ki, bu stabilliyin əsasında ailə dayanır. İnsan təhsil aldığı məktəblə, çalışdığı kollektivlə yanası, böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Belə ki, onun sosial mühiti ailədir. Cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusunu, qayda-qanun və prinsipləri gözləməyə borcludur. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Prezident İlham Əliyev dediyi kimi “Möhkəm ailə güclü dövlət deməkdir”. O, artıq festivalın ənənə halını aldığını, bu mötəbər yarışmanın masştabının ildən-ilə genişləndiyini və ölkənin hüdudlarından kənara çıxdığını söyləyib.
Hicran Hüseynova festivalın yüksək səviyyədə keçirilməsinə dəstək göstərən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya, həmçinin BMT-nin Əhali Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə minnətdarlığını bildirib.
Qeyd olunub ki, bu gün dövlətimiz milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük səylər göstərir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət ailə siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidentinin ailələrin inkişafı və sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində imzaladığı müvafiq fərman və sərəncamlar, təsdiq etdiyi proqramlar bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Vurğulanıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın milli dəyərləri və müasirliyi özündə birləşdirən ailə modelinin yorulmaz təbliğatçısı kimi bu sahədə fəaliyyəti örnəkdir. Məlumat verilib ki, keçən müddət ərzində iyirmi iki xarici rejissor olmaqla təşkilat komitəsinə 210-a ona yaxın film təqdim edilib. Bu da onu göstərir ki festivala maraq ildən-ilə artır.
Komitə sədri qeyd edib ki, festivala qatılan heç bir namizəd uduzmur, əsas məsələ iştirak etməkdir. Çünki təqdim edilən bütün filmlər komitənin maarifləndirmə işlərində istifadə olunur.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev çıxış edərək cəmiyyətdə ailə institutunu və mənəvi dəyərləri möhkəmlətmək, eyni zamanda, milli ailə ənənələrini təbliğ edib yaşatmaq baxımından, eləcə də milli kino sənətimizin təbliği və inkişafı üçün bu festivalın əhəmiyyətini qeyd ediblər.
Çıxış edənlər bu sahədə AQUPDK-nın fəaliyyətini yüksək qiymətləndiriblər. Festivalın yüksək səviyyədə təşkilinə görə komitənin rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Tədbirdə tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilib.
Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2015” VII film festivalının və “Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

