/ / Azərbaycanda səfərdə olan xarici jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib
Azərbaycanda səfərdə olan xarici jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib
20.10.2015 [10:22]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “İrəli” İctimai Birliyi tərəfindən reallaşdırılan “Münaqişə tərəfi Azərbaycan: həqiqətlər və reallıqlar” layihəsi çərçivəsində Bakıda olan xarici jurnalistlərin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov qurumun prioritet istiqamətlərindən olan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəmizin mövqeyinin möhkəmləndirilməsi üçün yeni layihənin icrasına başlandığını qeyd edib. Vurğulayıb ki, bu layihə çərçivəsində xarici KİV nümayəndələri Bakıda səfərdədirlər. Həmin media nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumat almaları məqsədilə müxtəlif dövlət qurumlarında görüşlərin keçirilməsi, bu problemlə bağlı həqiqətlərin öyrənilməsi üçün qaçqın və məcburi köçkünlərin ziyarət olunması, bu mövzunu araşdıran jurnalistlərlə tədbirlərin təşkili planlaşdırılır.
Bildirilib ki, layihə çərçivəsində Litva, Macarıstan, İtaliya, Türkiyə, Efiopiya, İngiltərə, Belçika, Almaniya və İsrailin tanınmış media nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanla bağlı reallıqları öyrənmələri ölkəmiz və beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edilib ki, səfər çərçivəsində əzəli torpaqlarımız olan Qarabağ haqqında, münaqişənin həlli istiqamətində Azərbaycanın mövqeyi ilə bağlı həqiqətlərin, qaçqın və məcburi köçkünlərin problemlərinin, insan haqlarının pozulmasının beynəlxalq ictimaiyyətə çatdırılması əsas məqsədlərdəndir. Layihədə, həmçinin Azərbaycanda fəaliyyət göstərən gənc jurnalistlər də iştirak edirlər.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, layihə çərçivəsində əcnəbi jurnalistlər ölkəmizdə gedən sürətli inkişafın şahidi olacaq, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanlarla görüşəcək, ölkəmizlə bağlı həqiqətləri öz gözləri ilə görəcəklər. V.Quliyev xarici jurnalistləri Azərbaycan ilə bağlı araşdırmalarını öz ölkələrinin ictimaiyyətinə təqdim edəcəklərinə əminliyini bildirib, onları bu məsələdə fəal əməkdaşlığa çağırıb.
“Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Vüqar Qədirov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları və ərazilərimizin işğalı, bir milyondan artıq azərbaycanlının dədə-baba yurdlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkünə çevrilməsi barədə ətraflı məlumat verib. O, münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini xüsusi qeyd edərək Prezident İlham Əliyevin bu problemin həllində prinsipial mövqe tutduğunu bildirib. Vurğulanıb ki, bu gün Avropada miqrant problemi yaşandığı bir vaxtda Azərbaycan bir milyondan çox qaçqın problemini özü həll edir. O, ümidvar olduğunu bildirib ki, xarici jurnalistlər Azərbaycanda olduqları müddətdə tarixi faktları öyrənəcək və Xocalı soyqırımının tanıdılmasına töhfələrini verəcəklər.
“Tərxis Olunmuş Hərbçilər” və “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai birliklərinin sədri Emil Həsənli və Anar Xəlilov, eləcə də digərləri mövzu ilə bağlı fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıblar.
Tədbirin sonunda xarici jurnalistlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

