Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib
14.10.2015 [10:15]
Məhərrəm ayının başlanması ilə əlaqədar oktyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, qurumun səlahiyyətli nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Bakı İslam Universitetinin müəllim-tələbə heyəti iştirak edib.
Tədbiri açan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı yeni 1437-ci hicri ilinin təqvimini təqdim edib. O bildirib ki, bu təqvim elmlə dinin vəhdətdə insanlarımıza xidmətinin nümunəsi olmaqla yanaşı, milli vəhdətimizə xidmət edən çox vacib məsələdir. Bu, həm də ümummilli əhəmiyyət kəsb edir. Belə ki, ölkə ərazisində azanın eyni vaxtda verilməsi milli mənəvi birliyimizi, daxili vəhdətimizi təmin etmək baxımından zəruridir. Qazılar Şurasının üzvləri və səlahiyyətli nümayəndələri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və onun yerlərdəki nümayəndələri ilə əməkdaşlıq şəraitində ölkə ərazisində azanın verilməsi ilə bağlı QMİ-nin və Şamaxı Rəsədxanasının birlikdə hazırladıqları təqvimə riayət olunmasına birgə nəzarət həyata keçirəcək və bu təqvimə əməl etməyənlər cəzalandırılacaq.
QMİ sədri vurğulayıb ki, Qazılar Şurası yeni hicri ilinin başlanması münasibətilə - Məhərrəm ayı ilə bağlı fətva qəbul edib. Həmin fətvada Aşura mərasiminin keçirilməsi ilə bağlı tövsiyələr yer alıb. Şeyxülislam Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə axund və imamlara müvafiq tapşırıq və tövsiyələrini verib.
Daha sonra QMİ Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada qeyd edilir ki, hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirir ki, yeni hicri 1437-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2015-ci il oktyabr ayının 15-nə, Aşura günü isə oktyabrın 24-nə təsadüf edir.
Tədbirdə A.Paşazadə məscidlərdə oxunan moizə və xütbələr haqqında da danışıb. Bildirib ki, din xadimlərinin moizə və xütbələrində vətənpərvərlik hisslərinin aşılanması vacibdir və milli, habelə məzhəb ayrı-seçkiliyinin təbliği qəti yolverilməzdir. Bu məsələyə nəzarət daha da gücləndiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

