Qarabağ döyüşçüsü İbad Hüseynlinin 45 illik yubileyi qeyd olunub
01.10.2015 [10:34]
Dünən “Hilton” hotelində Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynlinin 45 illik yubileyi qeyd olunub. Yubiley mərasimində Milli Məclisin deputatları, Qarabağ müharibəsi döyüşçüləri, ziyalılar, Türkiyədən bir sıra qonaqlar iştirak ediblər.
Yubiley mərasimində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərmiş İ.Hüseynli ilə bağlı videokadrlar nümayiş etdirilib. Daha sonra çıxışlarda İ.Hüseynlinin qəhrəmanlıqlarından, keçdiyi döyüş yolundan geniş bəhs olunub. Qeyd olunub ki, Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Amurda yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənib. İ.Hüseynli Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayıb. Komandanlığın ağır təzyiqinə baxmayaraq, onlar aclıq aksiyasını dayandırmayıblar. Nəticədə, rəhbərlik geri çəkilib və indiyə qədər heç yerdə görünməmiş addım atıb - hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata buraxıb. Bununla da, İbad Azərbaycana qayıtmağı bacarıb.
İbad Hüseynli 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedib və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayıb. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayıb və qızğın hərbi döyüşlərin getdiyi ərazilərə erməni silahlı qrupları soxulmağa başlayıb. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqları ilə seçilirdi.
Ermənilərdə regionda yerləşən Sovet ordusundan və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texniki vardı. İ.Hüseynli və onun döyüş yoldaşlarında isə nə silah almaq, nə də onu haradansa əldə etmək imkanı yox idi. Bu üzdən o, “kəşfiyyat-diversiya dəstəsi” yaradıb və erməni tərəfə keçərək onları məhv edib, çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır.
Qeyd olunub ki, 26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanıb. Hospitaldan çıxdıqdan dərhal sonra o cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdıb.
2010-cu ildə Bakıda “Azərbaycanfilm” kinostudiyasında İbad Hüseynliyə həsr edilmiş “Əsgər” sənədli filminin təqdimat mərasimi keçirilib. O, 9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Çıxışlarda bildirilib ki, İ.Hüseynli qardaş Türkiyədə də yaxşı tanınır və onun Qarabağ döyüşlərində qəhrəmanlığı yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki, 2015-ci il aprelin 28-də Türkiyənin Ankara şəhərində İ.Hüseynlinin adına küçə, avqustun 30-da isə Qaziantepdə adına park verilib. Qarabağ döyüşçüsünə göstərilən bu diqqət Azərbaycan-Türkiyə dostluğunun bariz nümunəsidir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50

