“Qafqaz İslam Ordusu - 97” mövzusunda konfrans keçirilib
15.09.2015 [10:02]
Sentyabrın 14-də Azərbaycan Mətbuat Şurasının (MŞ), Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Qafqaz İslam Ordusu - 97” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, Bakının daşnak-bolşevik birləşmələrindən azad olunmasının ildönümlərinin qeyd edilməsi xoş ənənəyə çevrilib. 97 il öncə sentyabrın 15-də baş vermiş hadisənin Azərbaycan tarixindəki rolundan söz açan sədr onun gerçəkləşməsinin bütövlükdə türk dünyası üçün böyük əhəmiyyət daşıdığını əsaslandırıb. Qeyd edib ki, Qafqaz İslam Ordusunun rəşadətli döyüş yolu bu gün müstəqil dövlət kimi varlığını sürdürən Azərbaycanın və Türkiyənin tarixi bağlarını yaşadan qəhrəmanlıq salnaməsidir. Hər iki ölkənin ictimai institutları, o cümlədən media qurumları məsələyə daha ciddi önəm verməlidirlər. Mətbuat Şurasının, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin və Milli QHT Forumunun birgə tədbiri də məhz bu önəmdən qaynaqlanır.
ATXƏM-in sədri, MŞ İdarə Heyətinin üzvü İlham İsmayılov Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və onun görkəmli sərkərdəsi Nuru paşanın rolunun media vasitəsilə geniş ictimaiyyətə çatdırılmasının vacibliyindən söz açıb. O bildirib ki, Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki rolu milli mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından müstəsna önəm daşıyır. Buna görə də mövzu hər zaman diqqətdə saxlanılmalıdır.
Milli QHT Forumunun rəhbəri Rauf Zeyni istər 15 sentyabr tarixinin, istərsə də ona aparan yolun bir ibrət səhnəsinə şahidlik etdiyini deyib. Bu səhnənin ortaq türk mənafelərini rəhbər tutduğunu vurğulayan R.Zeyni belə önəmli hadisələrin bütövlükdə türk dünyasına çatdırılması istiqamətində işlərin aparılmasının zəruriliyini vurğulayıb.
“Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxışında Qafqaz İslam Ordusunun missiyasının bir sıra kütləvi informasiya vasitələrində bilərəkdən təhrif olunmasından narahatlığını ifadə edib. O deyib ki, bu ordunun mübarizəsi bizim qurtuluşumuz olub. Ona görə də onun tarixi ciddi şəkildə araşdırılmalıdır.
Türk Dünyası Araşdırmalar Vəqfinin təmsilçisi Gökmən Kılıcoğlu Bakının daşnak-bolşevik birləşmələrindən azad olunmasında müstəsna xidmətləri olan Ənvər paşa ilə bağlı Türkiyə cəmiyyətində formalaşmış baxışların mübahisəli olduğuna diqqət çəkib. O əlavə edib ki, belə yanaşmalar heç bir halda Ənvər paşanın tarixi xidmətlərini kölgələmək üçün əsaslar vermir.
Milli QHT Forumunun elmi mərkəzinin rəhbəri Nüşabə Məmmədli Qafqaz İslam Ordusunun xidmətlərinin müxtəlif aspektlərindən ətraflı bəhs edib. Ötən əsrin əvvəllərindən beynəlxalq siyasi həyatın xüsusiyyətlərindən söz açan N.Məmmədli Qafqaz İslam Ordusunun yerinə yetirdiyi missiyanın cəmiyyətdə təbliğinə ehtiyacın duyulduğunu vurğulayıb.
MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Qafqaz İslam Ordusunun fəaliyyətinin Azərbaycan və Türkiyənin müştərək hərb tarixinin şanlı səhifəsi kimi dəyərləndirib. 97 illik tarixin bir sıra maraqlı məqamlarına diqqət çəkən baş redaktorun böyük mütəfəkkir Əli bəy Hüseynzadənin Qafqaz İslam Ordusu barədə söylədikləri fikirləri səsləndirməsi maraqla qarşılanıb.
Tədbirdə çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov və başqaları Qafqaz İslam Ordusunun tarixdəki rolu, hazırkı dövrdə ona münasibətlə bağlı müxtəlif məqamlardan söz açıblar.
Xəbər lenti
Hamısına baxGündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15

