Dağ yəhudiləri Yeni il (“Roş-Ha-Şana”) bayramına hazırlıq görürlər
01.09.2015 [10:24]
Azərbaycandakı Dağ yəhudiləri icmasında dünya yəhudilərinin qeyd edəcəyi Yeni il bayramı - “Roş-Ha-Şana” münasibəti ilə hazırlıq tədbirlərinə start verilib.
İcmadan AZƏRTAC-a bildiriblər ki, dünya yəhudiləri “Roş-Ha-Şana” bayramını sentyabrın 14-də qeyd edəcəklər.
Artıq dördüncü ildir ki, Azərbaycandakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin təşəbbüsü və təşkilatçılığı ilə icmanın aztəminatlı üzvlərinə ərzaq yardımı edilir. Bu il də “Roş-Ha-Şana” bayramı ərəfəsində 300 ailəyə ərzaq paketi (düyü, qənd, şam, yağ, çay, bal, yumurta, alma, koşer toyuğu) təqdim olunacaq. Bayram sovqatları arasında bal və almanın yer alması təsadüfi deyil. Ənənəyə görə, alma bala batırılır və bu, növbəti ilin bal kimi şirin, eləcə də süfrələrin ruzi-bərəkətli olması mənasını verir. Qeyd edək ki, oxşar ərzaq yardımı yəhudilərin yaz ayında qeyd etdiyi müqəddəs “Pesax” bayramında da təşkil olunur.
Dağ yəhudiləri icmasının həyatında daha bir yenilik baş verir. Belə ki, sentyabrın 1-də Yasamal rayonu ərazisində yerləşən “Qurd qapı”sı adlanan qəbiristanlığın yəhudi hissəsində dəfn mərasiminin təşkili üçün nəzərdə tutulan xüsusi binanın tikintisinə başlanacaq. Milix Yevdayevin təşəbbüsü ilə inşa edilən binadan bütün yəhudilər (dağ yəhudiləri, Avropa və gürcü yəhudiləri) istifadə edə biləcəklər. Xidmət ödənişsiz olacaq.
Yəhudi təqviminə görə yeni 5776-cı ilin gəlişi münasibəti ilə dağ yəhudiləri sinaqoqunda böyük bayram süfrəsi açılacaq, dualar oxunacaq, şənliklər təşkil olunacaq. Tədbirə İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri dəvət olunub.
Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin sözlərinə görə, “Roş-Ha-Şana” özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bayramdır. Bu gün Azərbaycan etnik-mədəni müxtəlifliyin, multikultural ənənələrin qorunub saxlandığı, müxtəlif dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad şəraitinin mövcud olduğu nadir məkanlardandır. Azərbaycan cəmiyyətində yəhudi icmasının özünəməxsus yeri var. M.Yevdayev məmnunluqla qeyd edir ki, yəhudi əsilli Azərbaycan vətəndaşları hazırda böyük inkişaf və tərəqqi dövrünü yaşayan doğma ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edir, hüquqi dövlət quruculuğu prosesində fəal mövqe tuturlar.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30

