“KİV-də və sosial mediada qadın mövzusu” adlı tədbir keçirilib
26.08.2015 [10:08]
Aynur Camalqızı: Azərbaycanda qadın hüquqlarının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülür
Dünən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Qadın Konsensus Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai maarifləndirmə və ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə yanaşı, KİV və QHT nümayəndələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qadın Konsensus Mərkəzinin sədri Aynur Camalqızı layihə barədə ətraflı məlumat verərək bu cür ictimai maarifləndirmə və ictimai dinləmələrin ölkədə qadınların inkişafına təkan verdiyini, eyni zamanda, köhnədən qalmış stereotip və yanaşmaların aradan qaldırılmasına şərait yaratdığını bildirib. O, eyni zamanda, son vaxtlar qadınlara qarşı zorakılıqla bağlı mövzuların KİV və sosial mediada çox geniş işıqlandırıldığını, KİV və sosial medianın bu cür xəbərləri yaymağa həddən ziyadə meyilli olduğunu da bildirib: “Qadın ərini bıçaqladı”, “qadın özünü yandırdı” tipli kriminal məlumatları yaymalıyıqmı, məişət zəminində baş verən bu problemlər ictimaiyyətə çatdırılmalıdırmı? Düşündük ki, bunu jurnalistlərlə, QHT və aktiv sosial media nümayəndələri, bloggerlərlə birgə müzakirə edə bilərik. Qadın mövzusuna hansı rakursdan yanaşmalıyıq ki, ən doğru seçimi edə bilək?”
Aynur Camalqızı, eyni zamanda, Azərbaycanda qadın hüquqlarının təmin edilməsi istiqamətində, eləcə də, qadınların imkanlarının gücləndirilməsi sahəsində məqsədyönlü işlərin həyata keçirildiyini deyib. O, bu sahənin daim dövlətin diqqət mərkəzində saxlanıldığını və bu istiqamətdə dövlətin ayırdığı maliyyə vəsaitinin mütəmadi olaraq artdığını bildirib: “Azərbaycan cəmiyyəti üçün bu gün belə layihələrin həyata keçirilməsi olduqca vacibdir. Tədbiri keçirməkdə də məqsədimiz bu sahədə cəmiyyətimizi maarifləndirməkdir. Bilirsiniz ki, bu gün qadınlarımızın istər hüquqlarının istərsə də, səlahiyyətlərinin artırılması istiqamətində dövlətimiz tərəfindən çox mühüm işlər həyata keçirilir. Məsələn, vəzifəli qadınların sayı durmadan artır”.
O, qadınlarımızın hüquqlarının qorunması sahəsində də Azərbaycanda mükəmməl sistemin yaradıldığını bildirib: “Bütün bunlar qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində dövlətimizin həyata keçirdiyi işlərdən xəbər verir”.
Daha sonra çıxış edənlər müasir cəmiyyətdə qadının həyata keçirdiyi funksiyaların tək mətbəx, ailə, uşaq böyüdüb tərbiyə etməklə bitmədiyini, eyni zamanda, cəmiyyətin qadına çoxsaylı əlavə statuslar verdiyini də bildiriblər. Çıxışlarda, həmçinin, bu gün qadınlarımızın istər cəmiyyətdə, istərsə də, dövlətimizin idarə edilməsində müstəsna rolundan da danışılıb. Tədbirdə KİV-də qadınlarla bağlı problemlərin işıqlandırılması məsələsinə də toxunulub. Daha sonra tədbir jurnalistlərin fikir mübadiləsi ilə davam etdirilib.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

