/ / Lənkəranda “Mətbuatda ədəbi dilin qorunması: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib
Lənkəranda “Mətbuatda ədəbi dilin qorunması: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib
06.08.2015 [00:41]
Avqustun 5-də Lənkəran şəhərindəki Mədəniyyət Mərkəzində Lənkəran şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Mətbuatda ədəbi dilin qorunmasi: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə cənub bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, dilçi alimlər, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Lənkəran şəhər İcra Hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev müzakirə olunan mövzunun aktuallığını diqqətə çatdıraraq, rayonda KİV-lərin nümayəndələri üçün yaradılan şəraitdən, Azərbaycan dilinin saflığının qorunması naminə jurnalistlərin qarşısında duran vəzifələrdən danışıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Lənkəranda 10-a yaxın kütləvi informasiya vasitəsinin fəaliyyət göstərdiyini vurğulayıb. Ə.Amaşov Azərbaycan ədəbi dilinin mətbuatda işlənməsi mövzusuna həsr olunan konfransların bundan sonra Şəki və Qubada keçiriləcəyini bildirib, medianın üzərinə düşən mühüm vəzifələri diqqətə çatdırıb.
Konfransda Mətbuat Şurasının monitorinq qrupunun rəhbəri İlham Abbasovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, Azərbaycan ədəbi dilinin qorunması, inkişafı və düzgün tətbiqi dövlətimizin prioritet istiqamətlərindən biridir. Azərbaycan dili böyük bir inkişaf yolu keçmiş qədim dillərdən biridir və “Kitabi Dədə Qorqud”dan bəri 1300 illik tarixə malikdir.
Diqqətə çatdırılıb ki, hələ 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasında Ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. 1995-ci ildə qəbul edilmiş və Ümummilli liderimizin müəllifi olduğu Əsas Qanunumuzun 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi yenidən təsdiqləndi. Son 10 ildə isə Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə Azərbaycan dili ilə bağlı 20-dən artıq normativ sənəd qəbul olunub.
İlham Abbasov Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması, Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi və digər məsələlər barədə də geniş məlumat verib.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

